Accessibility links

Almaniyada su böhranı


Almaniyada su böhranı
please wait

No media source currently available

0:00 0:01:59 0:00

İqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava şəraiti nəticəsində təkcə qasırğalar olmur, hərdən tam tərsi də baş verir. Almaniyada qızmar və quru keçən yay fəsli səbəbilə su səviyyələri ən aşağı yerdədir və bu problem bütün iqtisadiyyata təsir göstərir.

Almaniyanın daxili su yolları iqtisadi arteriyalar kimi xidmət göstərir. Onlar vasitəsilə Almaniyanın dəniz limanlarından daxili ərazilərinə milyonlarla dollar dəyərində məhsul nəql olunur.

Hazırda Reynə doğru yola düşən gəmilər malları nəql etmək üçün səhər-axşam işləyir, amma su səviyyəsi normal olsa, çox az sayda gəmiyə ehtiyac olacaqdı. Hazırda üzə bilən, batmayan hər şey mallarla doldurulur.
Rolf Nagelşmidt

Lakin bu il suların səviyyəsi tarixi baxımdan çox aşağı, bəzi hallarda hətta 20 santimetrdən belə az olub.

Bu isə malları ölkənin daxilinə nəql etməyi çətinləşdirir, çünki qayıq və gəmilər suyun altındakı qayalara dəyməmək üçün yüngül olmalıdır.

“Hazırda Reynə doğru yola düşən gəmilər malları nəql etmək üçün gecə-gündüz işləyir, amma su səviyyəsi normal olsa, çox az sayda gəmiyə ehtiyac olacaqdı. Hazırda üzə bilən, batmayan hər şey mallarla doldurulur”, Köln Su Yolları və Daşınma idarəsindən Rolf Nagelşmidt bildirib.

Bu təkcə ölkənin iç bölgələrində məhsul çatışmazlığına gətirib çıxarmır, həm də qiymətlərin artmasına səbəb olur, çünki məhsulları nəql etmək üçün daha çox gəmi və yanacaqdan istifadə olunur.

“Şübhəsiz ki, ziyan dəyib. Məsələn, Köln ətrafındakı yanacaqdoldurma məntəqələrində hər cür nəqliyyat vasitəsi üçün kifayət qədər dizel və ya yanacaq yoxdur. Buna görə də indidən həqiqətən də qıtlıq var”, Nagelşmidt söyləyib.

Problemin bir hissəsi ondan ibarətdir ki, bu il çox quraqlıq olub, amma araşdırma nəticələri göstərir ki, iqlim dəyişikliyinin bunda payı çoxdur. Bu da quru havanın artıq normal hala çevriləcəyini proqnozlaşdırır.

“Almaniyanın şərqində onsuz da yağış çox yağmır. Bu yay da demək olar yağış yağmadı, bu da su səviyyəsinin azalmasına səbəb oldu. Hazırda biz Berlində şəhərin mərkəzində Spri çayının kənarındayıq və burada da suyun səviyyəsi çox aşağıdır” - deyə, Berlinin Ətraf Mühit Departamentindən Derk Ehlert bildirib.

Reyn çayının yatağı quruyub. 8 avqust, 2018. Düsseldorf, Almaniya.
Reyn çayının yatağı quruyub. 8 avqust, 2018. Düsseldorf, Almaniya.

Çaylarda aşağı su səviyyəsi təkcə ticarətə təsir göstərmir, bu həm də regionun bəzi yerlərində su qıtlığı yaranır.

“Azı noyabr ayındadək olan proqnozlara görə, Berlinə su səviyyəsini qorumaq üçün lazım olan qədər yağış yağacaq. Lakin əgər davamlı olaraq yağış yağmasa, kifayət qədər su olmayacaq və biz şlüsləri bağlamalı olacağıq ki, suları saxlaya bilək”, Ehlert söyləyib.

Almaniyalı fermerlər də yağışın az olmasının təsirlərinə məruz qalıb və minlərlə fermer iflasla üzləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG