Accessibility links

Almaniyalı türk ABŞ bazalarını bombalamaq istəyirmiş


Almaniyalı türk ABŞ bazalarını bombalamaq istəyirmiş
Almaniyalı türk ABŞ bazalarını bombalamaq istəyirmiş

Türk mənşəli Almaniya vətəndaşı həmin ölkədə ABŞ hərbi bazalarını partlatmaq planında və internet vasitəsilə Əl-Qaidaya tərəfdar cəlb etməkdə ittiham olunur.

Adnan V. kimi təqdim olunan 26 yaşlı şəxs bu gün Frankfurtda məhkəmənin açılışında olub.

Prokuror Maykl Börns deyir ki, şübəli şəxs zorakı hücum törətməyi və kafir kimi gördüyü günahsız insanları öldürməyi planlaşdırırdı.

Adnan partlayıcı maddələri valideynlərinin Offenbax şəhərindəki evində toplayıb. Polis həmçinin evdə bomba düzəltməyə dair instruksiyalar tapıb.

Müttəhim məhkəmədə bəyanat verməyib.

XS
SM
MD
LG