Accessibility links

Almaniyanın İnsan Hüquqları üzrə müvəkkili İlqar Məmmədova bəraət verilməsinə münasibət bildirib


Barbel Kofler
Barbel Kofler

Almaniya Federal Hökumətinin İnsan Hüquqları üzrə müvəkkili Barbel Kofler Azərbaycan Ali Məhkəməsinin İlqar Məmmədova bəraət verməsinin ölkədə insan hüquqları sahəsində mühüm addımlar atılacağı ilə nəticələnəcəyinə ümid edir.

“Azərbaycan Ali Məhkəməsinin ReAL Partiyasının sədri İlqar Məmmədovun ədalətsiz məhkumluğunu ləğv etməsi və onun hüquqlarının tam bərpası barədə 24 aprel tarixli qərarı çoxdan gözlənilirdi. Ümid edirəm ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurası Nazirlər Komitəsi ilə yenidən əməkdaşlıq etməsi və bu əməkdaşlıq çərçivəsində öz öhdəliklərinə əməl etməsi üçün atdığı bu ilk addım Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün gələcək mühüm addımlarla izləniləcək,” Barbel Kofler bildirib.

Almaniyanın İnsan Hüquqları üzrə müvəkkilinin fikirlərini bu ölkənin Azərbaycandakı Səfirliyi Facebook səhifəsində paylaşıb.

Aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu ReAL Partiyasının sədri İlqar Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verib. Plenum mənəvi zərərə görə Məmmədova 234 000 manat kompensasiya təyin edib.

Plenum eyni zamanda hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarı çıxarıb. Məhkəmə Cəfərov barədə əvvəlki qəbul edilən məhkəmə qərarlarını ləğv edib, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57 400 manat kompensasiya təyin edib.

XS
SM
MD
LG