Accessibility links

Almaniyanın insan hüquqları müvəkkili: “Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət qənaətbəxş deyil”


Almaniya bundestaqı
Almaniya bundestaqı

Almaniya kansleri Angela Merkelin Bakıya səfəri ərəfəsində federal hökumətin insan hüquqları müvəkkili Berbel Kofler Azərbaycanda insan hüquqlarına əməl edilməsilə bağlı vəziyyətin qənaətbəxş olmadığını qeyd edib.

"Bu ölkədə insan haqları, KİV, toplaşma və söz azadlığı "əvvəlkitək bir çox hallarda məhdudlaşdırılıb", o avqustun 24-də bildirib.

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət "ümumilikdə problemlidir", Berbel Kofler deyib. Müxalifət münayəndələri, tənqidçi jurnalistlər "hədələrlə, saxlanmalarla qorxudulub, bəzi hallarda məhkəmə orqanları tərəfindən təqiblərə məruz qalıb", "Alman dalğası" radiosu Koflerdən sitat gətirir.

Hökuməti açıq tənqid edənləri həbsə alırlar və ya dövlət qulluğundan xaric edirlər, ölkəni tərk edən siyasi fəalların ailə üzvlərinə təzyiq göstərilir.

Hökuməti açıq tənqid edənləri həbsə alırlar və ya dövlət qulluğundan xaric edirlər, ölkəni tərk edən siyasi fəalların ailə üzvlərinə təzyiq göstərilir.

"Yuxarıda deyilənlər baxımından Almaniyanın Azərbaycan hakimiyyəti ilə müntəzəm əlaqələrini davam etdirməsi və ünsiyyətdə olması mənim üçün çox vacibdir", Berbel Kofler vurğulayıb.

Onun sözlərinə görə, federal hökumət və Avropa İttifaqı Azərbaycandakı kanallarından istifadə edərək bu ölkədə insan hüquqlarına əməl edilməsinin vacibliyini xatırlatmalıdır.

Avqustun 25-də Azərbaycana səfər Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfərinin yekun mərhələsidir. Bundan öncə kansler Gürcüstan və Ermənistanda olub.

Bakıda o, prezident İlham Əliyevlə görüşüb.

Almaniya üçün Azərbaycan ilk növbədə enerji tədarükçüsü kimi maraqlıdır. Bu kontekstdə onun önəmi Transanadolu qaz kəmərinin inşasının sayəsində artır.

AFP agentliyi qeyd edir ki, Almaniya üçün Azərbaycan ilk növbədə enerji tədarükçüsü kimi maraqlıdır. Bu kontekstdə onun önəmi Transanadolu qaz kəmərinin inşasının sayəsində artır. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyə ərazisilə Yunanıstan sərhəddinə qədər uzanır. Bu boru kəmərinin köməyilə Avropanın Rusiya qazından asılılığını bir qədər azaltmaq mümkün olacaq.

Angela Merkelin Azərbaycana səfərindən öncə Bakı Bundestaqın deputatı, Zaqafqaziya üzrə parlament qrupunun sədr müavini Albert Vaylerin Almaniya nümayəndə heyətinin tərkibində ölkəyə girişini qadağan edib. Bu qərara Albert Vaylerin əvvəllər dəfələrlə Dağlıq Qarabağa səfər etməsi səbəb olub. Buna baxmayaraq ki, Angela Merkel Azərbaycana səfərini təxirə salmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG