Accessibility links

Almaniyanın səhiyyə naziri COVID-19-la əlaqədar vəziyyətin "ciddi" olduğunu bildirir


Almaniyanın səhiyyə naziri vəzifəsini icra edən Yans Span cümə günü ölkədə COVID-19-a yoluxmalarda son artımın ciddi narahatlıq doğurduğu barədə xəbərdarlıq edib. O bildirib ki, heç bir tədbir görülmədiyi təqdirdə yeni yoluxma sürəti hər iki həftədən bir iki qat arta bilər.

Almaniyanın Robert Kox Yoluxucu Xəstəliklər İnstitutu (RKI) cümə günü 48 640 yeni yoluxma halının qeydə alındığını bildirib. Bu da bir gün əvvəlki 50 minlik göstəricidən bir qədər azdır. Bir həftə əvvələ olan göstərici isə 33 000 olub.

Berlində RKI prezidenti Lotar Vyeler ilə mətbuat konfransında çıxış edən Span ümumi yeddi günlük yoluxma nisbətinin hər 100 min nəfərə 260-dan çox olduğunu bildirib.

Bu ilin əvvəlində hər 100 min nəfərə 100-dən çox yoluxmanın qeydə alınması bəzi müəssisələrin bağlanması və məcburi maska qaydaları da daxil olmaqla hökumətin ölkədə COVID-19 məhdudiyyətlərini tətbiq etməsinə səbəb olmuşdu.

RKI-ın prezidenti Vyeler jurnalistlərə bildirib ki, Saksoniya, Türingiya və Bavariya bölgələrində, həmçinin peyvənd nisbətlərinin aşağı olduğu vilayətlərdə yoluxma halları yüksəkdir. Onun bildirdiyinə görə, həmin ərazilərdəki xəstəxanalarda yerləşdirilmə maksimum həddə yaxınlaşır. Bu da digər təcili hallar üçün müalicə axtaran insanları risk altına atır.

Span çıxışında yaxşı xəbərin də olduğunu bildirib. O, peyvəndlənmənin ümumi sürətinin yüksəldiyini və əyalətlərin peyvənd sifarişlərinin artdığını bildirib. Onun sözlərinə görə, hökumət bu həftə 4,3 milyon doza peyvənd təhvil verib ki, bu da əvvəlki həftələrdəki saydan dörd dəfə çoxdur.

Cümə gününün əvvəlində çıxış edən Almaniya kansleri Angela Merkel insanların təkcə özlərini deyil, başqalarını da qorumaq üçün COVID-19 peyvəndi qəbul etməli olduqlarını bildirib.

O, bu sözləri Yeni Zelandiyanın Baş naziri Casinda Ardern ilə illik Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsindəki virtual söhbətində deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG