Accessibility links

Almaniyanın Səhiyyə Nazirliyinin AstraZeneca COVID-19 peyvəndini təsdiqləyəcəyi gözlənilir


Almaniyanın səhiyyə naziri cümə günü AstraZeneca COVID-19 peyvəndinin təcili istifadə üçün günün sonuna qədər təsdiqlənəcəyini bildirib. Lakin nazir deyib ki, mümkündür peyvənd yalnız məhdud şəkildə istifadə ediləcək.

Berlində keçirilən brifinqdə səhiyyə naziri Yens Span Avropanın dərman tənzimləyicisi olan Avropa Dərman Agentliyinin (EMA) peyvəndin yaşlılara qarşı istifadəsi ilə əlaqədar məlumatların "qeyri-kafi" olduğu üçün onu məhdudlaşdırma ilə təsdiq edə biləcəyini bildirib.

Span həmçinin yetərsiz məlumatla “pis” məlumat arasındakı fərqə diqqət çəkməyin vacib olduğunu deyib.

Eyni mətbuat konfransında çıxış edən Paul Ehrlich İnstitutunun (PEI) prezidenti Klaus Ciçutek bildirib ki, keçən həftə təsdiqləmə müddətində peyvəndlə bağlı qızğın mübahisələr yaşanıb. Lakin o peyvəndin istifadəsi üçün yaş məhdudiyyəti olmadan təsdiqləməsi üçün “əsas zəmin” yaradıldığına inanırır.

"Xüsusən peyvəndlər, təsdiq almaq üçün əsasən faydalarının risklərdən çox olması lazımdır" deyən Ciçutek peyvəndin standartlara cavab verdiyinə inandığını bildirib. PEI Almaniyanın səhiyyə nazirliyindəki araşdırma və tənzimləmə agentliyidir.

Mətbuat konfransında həmçinin Robert Koch İnfeksion Xəstəliklər İnstitutunun (RKI) prezidenti Lotar Viler də çıxış edərək COVID-19-un yeni versiyasının potensial təhlükələri barədə xəbərdarlıq edib.

Variantların xüsusiyyətlərinin tam olaraq bilinmədiyini, daha təhlükəli olub olmadıqlarını və bəzi hallarda COVID-19 keçirmiş və ya peyvəndlənmiş şəxslərin bu yeni növlərər qarşı immun olub olmadığı tam bilinmir.

Şərhlərə bax

XS
SM
MD
LG