Accessibility links

Almaniyanın Xristian Demokrat İttifaqı növbəti kanslerin namizədliyini təsdiqləyib 


Almaniya Kansleri Angela Merkelin Xristian Demokrat İttifaqı Partiyasının icraiyyə komitəsi aprelin 11-də sədr Armin Lasşeti növbəti lider kimi namizədliyini dəstəkləyib.

16 ildir Almaniyaya rəhbərlik edən Merkel beşinci dönəmə namizədliyini irəli sürmək istəmir.

60 yaşlı Lasşet bildirib ki, sentyabr ayında keçiriləcək ümumxalq səsveməsində kansler kimi namizədliyini irəli sürməyə hazırdır.

Merkelin rəhbər koalisiyasına qardaş partiya olan Bavariya Xristian Sosial Birliyinin (CSU) lideri, 54 yaşlı Markus Soeder də vəzifəyə gəlmək istədiyini bildirsə də, ancaq məsələni Lasşet ilə dostcasına həll edəcəyini deyib.

Hazırda Almaniyanın ən sıx məskunlaşmış əyaləti Şimali Ren-Vestfaliyanın baş naziri olan Lasşet yanvar ayında CDU-nun lideri seçilib.

O, mərkəzçi bir siyasətçi kimi Merkelin irsini davam etdirəcək bir namizəd olaraq görülür.

Baxmayaraq ki, Merkellə koronavirus məhdudiyyətləri səbəbi ilə fikir ayrılığı yaşayır.

Digər tərəfdən zəkalı bir siyasətçi olan Soeder pandemiya zamanı Merkelə güclü dəstək versə də, əvvəllər heç bir CSU lideri kansler olmayıb.

Baxmayaraq ki, CDU Almaniyanın 16 əyalətindən 15-də fəaliyyət göstərir, CSU isə cəmi bir əyalətdədir. Bu amilin Lasşetin federal seçkilərdə vahid namizəd kimi irəli çıxmasında rol oynayacağı deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG