Accessibility links

Almatıda bir gündə 1700 etirazçı saxlanılıb


Almatıda gün ərzində təxminən 1700 nəfər etirazçı saxlanılıb. 36 ədəd odlu silah və 1500-ə yaxın döyüş sursatı ələ keçirilib. Bu barədə şəhər komendaturasından məlumat verilib.

Kütləvi aksiyalardan sonra şəhərdəki hava limanı hələ də bağldır. Almatıdan müntəzəm uçuşların yanvarın 14-də bərpa ediləcəyi ilə bağlı məlumat hələlik təsdiqini tapmayıb. Çərşənbə axşamı, yanvarın 13-də Qazaxıstanın paytaxtı Nur-Sultanla beynəlxalq reyslər bərpa edilib.

Qazaxstanda maye qazın qiymətinin iki dəfə artması ilə bağlı etirazlar yanvarın 2-də başlayıb, sonradan etirazçıların şüarları siyasi xarakter alıb. Hakimiyyət üç gün sonra fövqəladə vəziyyət elan edib. Tokayev hökuməti istefaya göndərib və keçmiş prezident Nursultan Nazarbayevi Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən kənarlaşdırıb.

Yanvarın 7-də KTMT-nin beş ölkəsinin hərbçiləri Qazaxıstana göndərilib, kontingentin əsas hissəsini Rusiya hərbçiləri təşkil edir. Hakimiyyət orqanlarının məlumatına görə, ölkədə vəziyyət sabitləşib. KTMT kontingentinin çıxarılması yanvarın 13-də başlayacaq və 10 gündən çox olmayacaq.

XS
SM
MD
LG