Accessibility links

Almatıda böyük dava nəticəsində səkkiz nəfər ölüb


Qazaxıstanın cənubi Jambil vilayətindəki bir neçə kənddə baş verən dava və bir neçə qarşıdurma nəticəsində səkkiz nəfər ölüb, onlarla insan yaralanıb. Bu barədə şənbə günü daxili işlər naziri Yerlan Turqumbayev xəbər verib.

Qazaxıstan-Qırğızıstan sərhədi yaxınlığında yerləşən Masançi kəndi ətrafında ilk davada təxminən 70 nəfər iştirak edib. Daha sonra isə ətraf kəndlərdən 300-dən çox insan qoşulub.

İzdiham polislə toqquşub və iki polis zabitini güllə ilə yaralayıb, onlarla bina və maşınları yandırıb.Turqumbayev deyib ki, polis 47 nəfəri həbs edib, iki tüfəngi konfiskasiya edib.

Prezident Kassım-Comart Tokayev bəyanatında bildirib ki, polis və Milli Qvardiya artıq vəziyyəti nəzarət altına alıb. O, höküməti kəndlərdə sakitliyi qorumaq üçün tədbirlər görməyə çağırıb.

Toqquşmaların baş verdiyi ərazilərdə Dunqan azlıq qrupunun çox sayda üzvləri yaşayır. Onlar Çin etnik qrupuna mənsub müsəlmanlardır.

Tokayev məsələ ilə bağlı istintaqın aparılmasına çağırıb və təhlükəsizlik idarələrinə etnik zəmində ola nifrət çıxışlarını, “təhrik edici şayiələri və dezinformasiyaları” yayanları məhkəməyə cəlb etməyə dair göstəriş verib.

İnformasiya və İctimai Razılıq naziri brifinq zamanı deyib ki, hüquq-mühafizə orqanları Almatıda böyük açıq bazarı “zorakılıq çağırışlarından” sonra müvəqqəti olaraq bağlayıb.

XS
SM
MD
LG