Accessibility links

Qeyri-adi məhkəmə - Boşandığı əri həyat yoldaşının tutuquşunu ona verməsini tələb edir


Almatı şəhərinin Bostandık rayon məhkəməsində qeyri-adi məhkəmə prosesi gedir. Şəhər sakinlərindən biri Yevgeni Sartin keçmiş həyat yoldaşına qarşı məhkəmə iddiası qaldırıb. İddianın mövzusu Qrişka adlı tutuquşu olub. Yevgeni Sartin boşandıqdan sonra quşun onunla qalmasını tələb edir və iddia edir ki, Qrişka onun keçmiş arvadı ilə qalsa, quşun psixoloji vəziyyəti kəskin şəkildə pisləşəcək.

Yevgeni həmçinin dəymiş ziyana görə hazırkı məzənnə ilə təxminən 448 ABŞ dolları məbləğində kompensasiya tələb edir. Bu məbləğə tutuquşu və onun qəfəsinin alınmasına xərclənən pullar daxildir.

Təqsirləndirilən Yekaterina Sandler deyir ki, tutuquşu qızı Yevaya hədiyyə olaraq alındığı üçün Qrişkanı keçmiş ərinə vermək niyyətində deyil. Üstəlik, onların başqa bir tutuquşu var idi ki, onun ölümündən sonra Yeva çox narahat olub və onun əvəzinə bu tutuquşu alınıb.

"Bizim bir quşumuz var idi. Təəssüf ki, o öldü. Uşaq çox narahat olduğu üçün eyni quş tapmaq qərarına gəldik. Bizim əvvəlki tutuquşu danışırdı. Qızım və mən ona danışmağı öyrətmək üçün çox əziyyət çəkdik . O, çox söz bilirdi. Biz bütün şəhərdə yenisini axtardıq və tapdıq” - deyə, Yekaterina bildirib.

Keçmiş ərinin narahat olduğu iddia edilən Qrişkanın psixoloji vəziyyətinə gəldikdə, Yekaterinaya görə, quşun psixikasına mənfi təsir göstərən heç kim və ya heç bir şey yoxdur. Yekaterina və qızının yaşadığı mənzil tutuquşun otaqdan otağa keçməsini rahat etmək üçün təchiz olunub. Yekaterina deyir ki, quş qəfəsdə oturmağı sevmir və uzun müddət orada qaldıqda ucadan etiraz edir.

Lakin iddia ərizəsində Yekaterina keçmiş əri quşun psixoloji vəziyyətindən narahat olmaq üçün əsası olduğunu göstərib. O, iddia edir ki, cavabdehin evində ev heyvanı ilə heç bir əlaqəsi olmayan bir şəxs yaşayır və iddiaçı onun tutuquşuya necə münasibət göstərdiyini bilmir.

Yevvgeninin iddia ərizəsində Qrişkanın həyatındakı bu cür dəyişikliklərin tutuquşunun "danışmağı dayandırmasına, çox aqressivləşməsinə və dişləyə bilməsinə səbəb ola biləcəyi deyilib.


Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG