Accessibility links

AlpArslan Çöhrəqanlı: Güneyin səsini Türk toplumlarına çatdırmaq istəyirik [Audio]


AlpArslan Çöhrəqanlı
AlpArslan Çöhrəqanlı

GAMOH təmsilçisi AlpArslan Çöhrəqanlı Amerikanın Səsinə sosial medianın önəmi haqqında danışıb

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının təmsilçisi Facebook və Twitter kimi sosial medianın önəmi və bu şəbəkələrin xalq hərəkatlarına təsirləri ilə bağlı Amerikanın Səsinə müsahibə verib. Güneyli milli fəalların sosial mediada sərgilədiyi fəaliyyəti müsbət qiymətləndirən AlpArslan Çöhrəqanlı, mənsub olduğu təşkilatın bu şəbəkələrdə fəallığı və yürütdüyü siyasəti şərh edib. O, həmçinin sosial mediada türk dilindən istifadənin önəmi ilə bağlı düşüncələrini söyləyib.

AlpArslan Çöhrəqanlının Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:22:42 0:00
Direct link

Çöhrəqanlının sözlərinə görə, İran İslam Respublikasının internetə filter qoyaraq Facebook kimi şəbəkələrə girişi məhdudlaşdırmasına baxmayaraq güneydə yaşayan bir çox milli fəal alternativ yollardan istifadə edərək Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı xəbərlər və materialları sosial şəbəkələrdə sürətlə paylaşa bilirlər. O, çətinliklər və maneələri nəzərə alaraq, umumiyyətlə güneyli fəalların fəaliyyətlərini müsbət dəyərləndirib.

Biz muxtəlif türk toplumları ilə əlaqə qurmaq üçün “Ortaq Türkcə” ilə yazmağa çalışırıq. Güney Azərbaycan, Quzey Azərbaycan və Anadolu türklərinin anladığı bir dildə yazırıq.
AlpArslan Çöhrəqanlı
“Fəallar milli hərəkatla bağlı yazılar və şəkillər paylaşırlar. Hərkəs bu materialların altında öz baxışları və fikirlərini yazır və bu bir müzakirə ortamının yaranmasına səbəb olur. Belə danışıq və dartışmalar isə milli hərəkatın inkişafında önəmli rol oynayır,” deyə milli fəal qeyd edib.

İzləyicilərin sayı, habelə Türkiyə və Azərbaycan Respublikası vətəndaşlarını güney məsələləri ilə bağlı maarifləndirilməsi baxımından
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Facebookdakı rəsmi səhifəsi ən fəal səhifə olaraq tanınır. GAMOH təmsilçisi bu səhifənin fəaliyyəti, yürütdüyü siyasət və səsləndiyi auditoriya ilə bağlı Amerikanın Səsinə məlumat verib.

AlpArslan Çöhrəqanlının sözlərinə görə, GAMOH sosial media yolu ilə güneyin səsini Azərbaycan Respublikası, Türkiyə, Şimali Kipr və Türkmən Eli (İraq türkmənləri) kimi türk toplumlarına çatdırmaq istəyir. O, bu istiqamətdə materialların türk dilində paylaşılmasının xüsusi önəm daşıdığını qeyd edir.

“1945-ci ildə, Seyyid Cəfər Pişəvərinin öndərliyində qurulmuş Azərbaycan Milli Hökuməti dönəmində, biz dünyadan lazımi dəstəyi ala bilmədik. Qardaş Türkiyə toplumu bizdən xəbərsiz idi,” deyə GAMOH təmsilçisi bu gün güneydə cərəyan edən milli hərəkatla bağlı digər ölkələrdə yaşayan türkləri məlumatlandırmağın önəmini vurğulayıb.

“Biz səsimizi muxtəlif türk toplumları ilə əlaqə qurmaq üçün “Ortaq Türkcə” ilə yazmağa çalışırıq. Güney Azərbaycan, Quzey Azərbaycan və Anadolu türklərinin anladığı bir dildə yazırıq,” deyə Birləşmiş Ştatlarda yaşayan milli fəal əlavə edib.

GAMOH-un təqribən 150 min nəfər təqibçisi olan səhifənin auditoriyası ümumiyyətlə Türkiyə və Azərbaycan Respublikasında yaşayan milli qruplardan ibarətdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG