Accessibility links

Altay Göyüşov: Demokratiyaların və avtoritar rejimlərin pandemiyaya yanaşmaları fərqlidir


Altay Göyüşov: Demokratiyaların və avtoritar rejimlərin pandemiyaya yanaşmaları fərqlidir
please wait

No media source currently available

0:00 0:31:15 0:00

Yeni koronavirus epidemiyasının yayılması ilə bağlı hələ də çoxsaylı suallar qalır. COVID-19-un yayılması ilə virusun mənşəyinə dair müxtəlif nəzəriyyələr və dezinformasiyanın yayılmasının geniş hal aldığı müşahidə edilir. Qlobal koronavirus pandemiyası ilə bağlı belə konspirasiya nəzəriyyələrinin birinin hədəfi ABŞ və dünya boyu səhiyyə problemlərinin həllinə yaratdığı fond vasitəsilə milyonlarla dollar maliyyə vəsaiti sərf etmiş milyarder Bill Geytsdir. Ekpsertlər böhranlı dövlərdə dezinformasiya hallarının əvvəllər də baş verdiyini bildirir. Bu konspirasiyalar, nəzəriyyələr nə üçün yaranır və onların effektivliyi nə dərəcədədir? Tarixçi alim Altay Göyüşov Amerikanın Səsinə müsahibəsində pandemiya dövründə konspirasiya nəzəriyyələrinin yayılması və dezinformasiya kampaniyaları, bunun məqsədləri və hədəflərindən danışıb.

Altay Göyüşov epidemiyaların baş verdiyi zaman şaiyələrin yayılması kimi hallara dair tarixdə nümunələrin olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırkı dövrdə qlobal pandemiya zamanı dezinformasiya və şaiyələrin yayılması üçün İnternet imkanları və sosial media platformalarından geniş istifadə edilir. O, yaxın tarixdə 1980-ci illərdə Sovet İttifaqının ABŞ-a qarşı QİÇS xəstəliyinin yayılması ilə bağlı “İnfeksiya Əməliyyatı” adı ilə tanınan dezinformasiya kampaniyasının təşkil edildiyini xatırladıb.

Ona görə də burada hər iki məsələnin təsiri var. İstər daxili problemlərin, böhranla, iqtisadi böhranla əlaqədar dərinləşməsi və bu ciddi problemlərə gətirməsi. İkincisi də ki o ekzistensial avtoritarizmlə demokratiya arasında qarşıdurma

“O vaxt bu təzə meydana çıxanda dərhal bundan Sovet hökuməti soyuq müharibə dövründə Amerikaya qarşı istifadə etməyə başlayır. Hindistan qəzetlərinin birinə dezinformasiya ötürülür və bu dezinformasiyada qeyd olunur ki, bu, Amerika laboratoriyasında yaradılıb əslində və məqsədi də inkişaf etməmiş ölkələrdə, Afrikada və sairədə hansısa bioloji silah istifadəsi və s. olub. Sonra bu genişlənir və hətta elə səviyyəyə çatır ki, o dövrdə mətbuatda 80-dən çox ölkə bunu təbliğ edir, öz qəzetlərində çap edirlər. Və bu artıq ictimai rəyə çevrilməyə başlayır.”

Tarixçi alimin sözlərinə görə, avtoritar rejimlərdə təxribat kampaniyaları daha təşkilatlanmış və “qırmızı xətt gözlənilmədən həyata keçirilir.”

“Çünki demokratik sistemdə istər-istəməz müəyyən dərəcədə nəzarət var, yəni, məhkəmə var, parlament var və s., azad mətbuat ən əsası ki, tapıb çıxardıb nəyisə meydana qoya bilər və faktiki olaraq ölkənin siyasətçiləri və s. pis vəziyyətdə qoya bilər. Amma avtoritar ölkələrdə belə şey yoxdur. Olmadığı üçün və indi də açıq etiraf etmək lazımdır ki, SSRİ-nin dağılmasına baxmayaraq, bu gün Rusiyada olan FSB (Federal Təhlükəsizlik Agentliyi-red.), xüsusi xidmət orqanı KQB-nin (Dövlət Təhlükəsizlik Komitəsi-Sovet İttifaqı dövründə xüsusi xidmət orqanı-red.) davamçısıdır və onlar faktiki olaraq nəzarət edirlər və Putin özü də o dairədən çıxmış bir adamdır. Və metod və vasitələrdə də dəyişiklik yoxdur, çünki ölkədə demokratik sistem qurulmayıb.”

Altay Göyüşov dezinformasiya kampaniyalarının yayılmasının xarici hədəfləri ilə yanaşı, daxili məqsədlərinin olduğunu qeyd edib.

“Burada bunun arxasında artıq bir sistemləşmiş yanaşmadır. Bir tərəfdən xarici amil məsələsi var, amma daxili problem də var. Daxili problemlər ondan ibarətdir ki, tədqiqatlar onu göstərir ki, faktiki olaraq təkcə koronavirus məsələsi deyil, eyni zamanda bunun sonrakı mərhələdə iqtisadi problemlərə keçməsi, mərhələyə keçməsi baş verir. Bu ona gətirib çıxarır ki, yüzilliyin bəlkə də uzunmüddətli bir iqtisadi problemi olacaq. Burada neftdən asılı ölkələr var, yaxud da neftdən asılı olmayan ölkələr var.”

Altay Göyüşovun sözlərinə görə, iqtisadiyyatı inkişaf etmiş Qərb ölkələri koronavirusla əlaqədar iqtisadi fəaliyyətlərə tətbiq edilmiş məhdudiyyətlər nəticəsində vurulan “zərbənin altından çıxmaq imkanlarına malikdirlər”.

“Rusiya kimi bir ölkə üçün bu, çox böyük problemdir. Yəni, Rusiya iqtisadiyyatı tamam çökə bilər, tamam sıradan çıxa bilər. Aydın məsələdir ki, bu şəraitdə daxildən, daxili situasiyadan diqqəti yayındırmaq üçün xarici düşmənə tərəf ictimai rəyi döndərməlisən.”

“Ona görə də burada hər iki məsələnin təsiri var. İstər daxili problemlərin, böhranla, iqtisadi böhranla əlaqədar dərinləşməsi və bu ciddi problemlərə gətirməsi. İkincisi də ki o ekzistensial avtoritarizmlə demokratiya arasında qarşıdurma”, Altay Göyüşov əlavə edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG