Alyaska Birləşmiş Ştatların ən şimal nöqtəsində yerləşir və çox böyükdür. Alyaskanın ərazisi ilə yanaşı hərbi gücü də çox böyükdür.
Alyaskada hərbi bazalar arasında böyük məsafələr var və orada hava çox küləkli olur. Yaxınlıqda qonur ayılar dolaşır, hava da çılğın olur. Qışda temperatur təxminən 45 dərəcə Selsiyə qədər düşə bilir.
Bəs onda nə üçün ABŞ çox sayda qoşun və müdafiə qüvvələrini bu qədər sərt hava şəraiti olan bir yerə yerləşdirib? Müdafiə naziri Lloyd Austinin dediyinə görə, bunun cavabı cooğrafiyadır.
“Biz Hind-Sakit Okean regionu və Artika regionunda yerləşən bir ölkəyik. Bu iki kritik region burada Alyaskada kəsişir,” o deyib.
Alyaska Sakit Okean və Şimal Buzlu Okean ilə sərhəd bölüşür. Alyaskanın mərkəzinə yerləşən Eielson Hava Qüvvələri Bazası Şimal Qütb dairəsinən 160 kilometr uzaqda yerləşir. Austin deyib ki, ABŞ Rusiya və Çin kimi rəqibləri üzərində üstünlüyü artırmaq üçün müdafiə gücünü artırıb və təlimləri genişləndirib.
“Son zamanlar əlavə F-35-lərin gəlişi ilə imkanlarımız artıb və biz bu səyləri dəstəkləmək üçün əlavə imkanlar inkişaf etdirmək prosesindəyik,” o deyib.
Bu isə çox əlverişlidir, xüsusilə də ona görə ki, Eielson-da yerləşdirilən beşinci nəsil F-35 döyüş təyyarələri şimal yarımkürədə hər yerə çata bilər. Sakit okean üzərindən uçub Asiaya çatır. Avropaya çatmaq istədə isə Şimal Buzlu Okean üzərindən uçur.
Ölkə daxilində hərbi imkanları inkişaf etdirmək lazımdırsa, bunun üçün 200 000 kvadrat kilometrlik təlim sahəsi mövcuddur.
“Burada hərbi xidmətdə olmayan insanlar ştatımızın strateji baxımdan nə qədər vacib olduğunu anlamırlar,” Senatın Silahlı Xidmətlər Komitəsinin üzvü alyaskalı senator Dan Sallivan bildirib.
O deyib ki, Pentaqon diqqəti güclü rəqiblərə yönəltməkdə haqlıdır, amma o, ABŞ-ın onlara yetişə bilməməsindən narahatdır.
“Çin müdafiə xərclərini hər il 10 faiz artırır. Onlar bunu etməyə dava edəcəklər. Obama administrasiyası ikinci müddətdə müdafiə xərclərini 25 faiz azaldır. Tramp artırdı. İndi isə xərclər yenidən azalır. Mən və eləcə də partiya mənsubiyyətindən asılı olmayaraq Silahlı Xidmətlər Komitəsinin bir çox üzvü tamamilə narahatıq,” o deyib.
Sallivan bildirib ki, o, Çinin hərbi sərmayeləri ilə ayaqlaşmaq üçün müdafiə büdcəsinin hər il 3-5 faiz artmasını istəyir.