Accessibility links

Çex Respublikasının ən varlı adamı Alyaskada vertolyot qəzasında ölüb


Rəsmilərin bildirdiyinə görə, xizək sürmək üçün ABŞ-ın Alyaska ştatına uçan vertolyotun şənbə günü qəzaya uğraması pilot və digər dörd nəfərin ölümünə səbəb olub.

Şənbə günü vertolyot qəzasında ölən beş nəfər arasında Çex Respublikasının ən varlı adamı, 56 yaşlı milyarder Pitr Kellner də olub.

Başçılıq etdiyi maliyyə və telekommunikasiya PPF Group şirkəti bazar ertəsi Kellnerin ölümünü təsdiqləyib. "Dərin kədər hissi ilə bildiririk ki, 27 mart, şənbə günü PPF qrupunun qurucusu və əksəriyyət sahibi Pitr Kellner Alyaska dağlarında baş verən vertolyot qəzasında faciəvi şəkildə ölüb" - deyə, PPF açıqlamasında bildirib.

Alyaska polisi qəza zamanı Çex Respublikasının vətəndaşı Bencamin Laroşaks, Alaskadan olan Şon Makmannani və Zakari Rosselin də həyatlarını itirdiyini bildirib. Digər bir nəfər xəstəxanaya yerləşdirilib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası Alyaskanın uzaq Knik buzlağı yaxınlığında baş verən vertolyot qəzasını araşdırır.

Tordrillo Mountain Lodge nümayəndəsi sərnişinlərdən üçünün qonaq, ikisinin yerli bələdçilər olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG