Çərşənbə günü axşam saatlarında ABŞ-ın seysmik cəhətdən aktiv ştatı Alyaskada 8,2 bal gücündə zəzələ baş verib. Zəlzələdən sonra Alyaska və Sakit okean ərazilərində sunami xəbərdarlığı verilib.
ABŞ-ın Milli Sunami Xəbərdarlıq Mərkəzinin verdiyi məlumata əsasən ştatın Old Harbor, Kinq Kov, Kodiak, Analaska və Alitak Körfəzi bölgəsində kiçik sunami dalğaları müşahidə olunub.
Xəsarət alanlar və maddi ziyan barədə dərhal məlumat verilməyib. Alyaskanın bir neçə sahil bölgəsindəki icmalar təxliyyə edilib.
Bu bölgələrə Ankoraj şəhərinin cənubundakı Sevard şəhəri də daxildir. Bu ərazilərdə gün boyunca verilən xəbərdarlıq siqnalları eşidilməkdədir və insanlara daha yüksək ərazilərə köçmək barədə xəbərdarlıq olunur
ABŞ-ın Geoloji Xidməti zəlzələnin yerli vaxtla saat 22:15-də baş verdiyini bildirib. Zəlzələnin episentrinin ştatın ən böyük şəhəri Ankorajdan 800 km uzaqda olduğu bildirilir.
Milli Sunami Xəbərdarlıq Mərkəzinin sunami xəbərdarlığı üzrə koordinatoru Deyv Snayder Reuters-ə verdiyi açıqlamada ABŞ-ın Kalifornia, Oreqon və Vaşinqton ştatları, eləcə də və Kanadanın Britaniya Columbiyası ştatında ciddi bir sunami təhlükəsinin gözlənilmədiyini deyib.
ABŞ-ın Geoloji Xidməti 8,2 bal gücündəki zəlzələdən sonra 25 kiçik yeraltı təkanın olduğunu, onlardan ikisinin 6 bal gücündə olduğunu xəbər verib.
Xidmətin məlumatlarına görə, bu, ABŞ tarixindəki yeddinci ən böyük zəlzələdir.