Accessibility links

Alzaymerin yeni eksperimental müalicəsi [Video]


Alzaymerin yeni eksperimental müalicəsi
please wait

No media source currently available

0:00 0:01:23 0:00

Dünya boyu təxminən 44 milyon insan Alzaymer xəstəliyindən əzab çəkir. Lakin yeni eksperimental müalicə bu xəstəliyin artım sürətini azalda bilər.

Alzaymer xəstəliyi olmasına baxmayaraq Lavon Mur hələ də pianoda çala bilir. Bu, 2014-cü ildə onun beyninə yerləşdirilən kardio-stimulyator səbəbindən də ola bilər. “Bu, onun beyninə 2014-cü ildə, yəni 3 il yarımdır yerləşdirilib və o özünü yaxşı hiss edir” deyə, Lavon Murun həyat yoldaşı bildirir.

Bu, yüksək səviyyəli eksperimentdir. Beyin toxumalarının stimullaşdırlılması üçün həkimlər kiçik elektrodları xəstənin beyninin qabaq hissəsinə yerləşdirirlər. Bu, ürək çırpıntısı yüksək olan insanlar üçün istifadə edilən kardio-stimulyatora bənzəyir. Doktor Duqlas Şar: “Məqsəd insanın özünü idarə edə, diqqətlərini cəmləşdirə bilməsinə, davranışına nəzarətə yardım etməkdir.”

Hələlik bu elektrodlar üç insanın beyninə yerləşdirilib və bu yeni prosedurun nəticələri özünü indi göstərməyə başlayıb. Doktor Kleyr Valton: “Burada idarəetmə gözləntiləri elementi var. Alzaymer xəstəliyində bu texnikanın sınaqdan keçirilməsi həqiqətən maraqlıdır. Lakin heç bir xəstədə sağalma işarələrini görəcəyimizi düşünmürük. Buna görə də təcrübə daha çox insan üəzrində keçirilməlidir."

Lakin bu təcrübənin Alzaymer xəstəsi Lavon Mura yardım etdiyi aydındır və bu sahədə daha geniş araşdırmalar aparılacağı planlaşdırılır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG