Fransa və Braziliya liderləri Amazon meşələrindəki yanğınla bağlı qızğın mübahisə aparıb. Bu arada isə ekspertlər dünyanın ən güclü yağışların yağdığı müşələrdə yanğın mövsümünün hələ pik həddə çatmadığı barədə xəbərdatlıq edir.
Ekspertlərin planetdə istiləşməyə səbəb olan qazların qarşısının alınması üçün bu ağaclara böyük ehtiyac duyulduğunu dediyi bir vaxt, Amazon meşələrindəki yanğınlar külli miqdarda karbon qazının buraxılmasına səbəb olur.
NASA Earth alimi Daq Morton bu yanğınların daha da güclənə biləcəyini deyir. "Bölgədə hələ quru mövsümün ortalarıdır və bu gün nəzarətdən çıxan yanğınlar hələ bir neçə həftə davam edə bilər."
Morton qonşu Boliviyadakı yanğınlardan fərqli olaraq, Braziliyada yanğınların kənd təsərrüfatına genişmiqyaslı təsir göstərdiyini deyir. “Bu hündürlükdə tüstünün atmosferə qalxa bilməsi üçün çox yüksək temperaturda yanğın baş verməlidir. Belə yanğın isti günəş altında quruyan minlərlə hektar sahə yanan zaman baş verir."
Braziliya prezidenti Jair Bolsonaro tropik meşələrin inkişaf etdirilməsi kampaniyasına başlayıb.
Bu il Amazon meşələrində 160 minə qədər yanğın qeydə alınıb. Bu, 2000-ci illərin ortalarında meşələrin azalmasının ən yüksək həddə çatdığı bir vaxt göstərilən rəqəmlərdən daha azdır. Lakin keçən illə müqayisədə 60 faiz yüksəkdir və bunun da meşələrin yoxa çıxmasına dair sıqnal olması ilə bağlı narahatlıqlar mövcuddur.
Sənayesi inkişaf etmiş G-7-yə daxil olan ölkələr yanğınlarla mübarizə üçün on milyonlarla dollar vəd edib. Bolsonaro onların motivlərini şübhə altına alıb.
“Kimsə heç bir gözləntisi olmadan yoxsul olmayan adama yardım edərmi? Onlar nəyə görə Amazona göz dikib? Onlar oradan nə istəyir?”
Bolsonaro və Fransa prezidenti Emmanuel Makron vəziyyətlə əlaqədar bir-birinə sərt şərhlər göndərib. Makron Bolsonaronu ekoloji öhdəliklər barədə yalan danışmaqda günahlandırıb. Bolsonaro isə deyir ki, Fransa Braziliya ilə müstəmləkə kimi davranmaq istəyir.
Bolsonaronun Facebook-da Macronun həyat yoldaşı haqda təhqiramiz şərhi iki prezident arasındakı gərginliyi daha da artırıb. Emmanuel Makron: "Kədərlidir, kədərlidir. Hər şeydən əvvəl onun özü üçün və braziliyalılar üçün kədərlidir. Düşünürəm ki, braziliyalı qadınlar şübhəsiz ki, prezidentlərinin bu yazısını oxumağa utanırlar. Düşünürəm ki, çox gözəl insanlar olan braziliyalılar prezidentlərinin davranışından utanır və bir prezident olaraq onun başqaları ilə düzgün davranmasını gözləyir."
Yanğınların davam etdiyi bir vaxt Bolsonaro Makronun təhqirlərini geri götürəcəyi təqdirdə G-7-nin yanğınların söndürülməsinə yardımını nəzərdən keçirəcəyini bildirib.