Accessibility links

Amazon rəqiblərini minimum əmək haqqını artırmağa çağırıb


Amazon rəqiblərini minimum əmək haqqını artırmağa çağırıb
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Amazon şirkətinin baş icraçısı Cef Bezos cümə axşamı digər pərakəndə satıcılıarı minimum əmək haqlarını saatına 16 dollaradək artırmağa çağırıb. Bu isə Walmart şirkətinin rəqiqblərinə vergilərini ödəmələrinə dair çağırış etməsinə gətirib çıxarıb.

"Bu gün mən əsas rəqibimizi (kim olduğunuzu bilirsiniz!) işçilərə verdiyi imtiyazlar və minimum əmək haqqını bizim imtiyazlar və 15 dollarlıq minimum əmək haqqımızla bərabərləşdirməyə çağırıram. Bunu edin! Hətta 16 dollara artırın və bizə meydan oxuyun” – deyə, milyarder sahibkar səhmdarlara ünvanladığı məktubda yazıb.

Amazon aşağı maaş və şirkətdə pis iş şəraitinə dair qınaqlardan sonra ABŞ-dakı işçilərinin minimum əmək haqlarını noyabr ayında saatına 15 dollara qaldırıb.

Bəzi tənqidçilər deyib ki, əmək haqqı artımı kifayət deyil və Amazonun 2018-ci ildə 11 milyard dollarlıq qazanc üzərindən heç bir federal gəlir vergisi ödəmədiyini və federal hökümətdən 129 milyon dollar dəyərində verginin şirkətə geri qaytarıldığını bildirir.

Walmart-ın korporativ məsələlər üzrə icraçı vitse-prezidenti Dan Barlet Bezosa “Ey rəqib satıcılar (kim olduğunuzu bilirsiniz) verginizi ödəsəniz necə olar?" - deyə tvit ataraq Bezosa cavab verib.

2015-ci ildən bəri minimum əmək haqqını iki dəfə artıran Walmart yeni işə başlayanlara saatına 11 dollar ödəyir. Şirkətin baş icraçı direktoru Doq MakMillion deyib ki, Walmart-ın ABŞ-da ödədiyi ortalama əmək haqqı 17.50 dollardır. Buna mağazanın sərgilədiyi performansa əsaslanan bonuslar daxildir, lakin səhiyyə imtiyazları daxil deyil.

İki böyük rəqib olan şirkət bir-birilə ictimai şəkildə rəqabət aparır.

Amazonda əmək haqqı artımı ABŞ-da işsizlik son iyirmi ilin ən aşağı səviyyəsində olduğu vaxta təsadüf edib. Belə ki, o zaman pərakəndə satıcılar və çatdırılma şirkətləri mühüm bayram mövsümündə yüz minlərlə işçi üzərində rəqabət aparırdı.

Bezos məktubunda qeyd edib ki, maaş artımından 250 mindən çox Amazon işçisi və ötən bayram mövsümündə Birləşmiş Ştatlardakı Amazon anbarlarında çalışan 100 mindən çox mövsümi işçilər faydalanıb.

Bezosun isə ötən il əldə etdiyi gəlir 1.7 milyon dollar olub. Bu da Amazonda çalışanların ortalama maaşlarıdan 58 dəfə çoxdur.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG