Accessibility links

Amazonun təsisçisi Ceff Bezos kosmosa uçmağa hazırlaşır


Amazonun təsisçisi Ceff Bezos 20 iyul tarixində qardaşı ilə birlikdə Blue Origin aerokosmik şirkətinin ilk insanla uçuş raketində fəzaya qalxacaq. Xatırladaq ki, Blue Origin şirkəti də Ceff Bezosa məxsusdur.

Bezos bu elanı özünün Instagram profilində uşaqlıq fotolarını əks etriən video vasitəsi ilə yayıb.

O yazır ki, "Beş yaşımdan bəri kosmosa səyahət etmək arzusunda idim. 20 iyulda o səyahətə qardaşımla gedəcəyəm. Ən yaxşı dostumla ən böyük macəraya doğru".

20 iyul tarixi həm də Appollo 11-in Aya enməsi və insan ayağının ilk dəfə peykin səthinə dəyməsinin 52-ci ildönümüdür.

Blue Origin həmçinin "New Shepard" kosmik gəmisinin sərnişin oturacağını hərraca çıxarır.

Şikrət bazar ertəsi verdiyi açıqlamada bildirib ki, 143 ölkədən təxminən 6000 adamın qiymət təklifləri ilə oturacağın dəyəri 2,8 milyona yüksəlib.

Kosmik kapsul 6 sərnişini daşımaq üçün nəzərdə tutulub.

Şirkət qalib gələn təklif məbləğinin gələcək nəsillərə elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində karyeralarını davam etdirmək və gələcəkdə kosmosda həyat qurmağa kömək etmək məqsədi ilə Blue Origin-in Gələcək Klubuna bağışlanacaq.

Bezos hələ fevral ayında bildirmişdi ki, iyul 5-də Amazonun icraçı direktoru vəzifəsindən istefa verəcək. Amazon Web Serverləri servisinin rəhbəri Andi Jassi növbəti icraçı direktor, Bezos isə icraçı sədr olacaq.

XS
SM
MD
LG