Accessibility links

Amazonun təsisçisi Ceff Bezos kosmosa səyahətdən qayıdıb


Amazonun təsisçisi, milyarder Ceff Bezos çərşənbə axşamı səhər saatlarında ABŞ-ın Texas ştatında səhradakı uçuş mərkəzindən kosmosa uçuş həyata keçirib. Bununla da o, özünün şirkəti vasitəsi ilə kosmosa uçan ikinci milyarder olub.

57 yaşı Bezos uçuşu üç nəfərlə birlikdə Blue Origin şirkətinin New Shepard raketi ilə həyata keçirib. Şirkət 2000-ci ildə kosmosda insanların yaşayıb işləyə bildiyi daimi yaşayış mərkəzlərinin qurulması məqsədi ilə yaradılıb.

Amerikanın ilk astronavtı Alan Şepardı daşıyan New Shepard kapsulu onu daşıyan və səsdən üç dəfə sürətli uçan raketdən ayrıldıqdan sonra bir neçə dəqiqə Yer üzərində süzərək Bezos və üç ekipaj üzvünə çəkisizlik şəraitini yaşamağa imkan verib.

Tamami ilə avtonom idarə olunan kapsul daha sonra atmosferə daxil olub və paraşütlə uçuş stansiyasının yaxınlığına eniş edib. Raket isə bir neçə kilometr məsafədə şaquli eniş edib.

Bezosu qardaşı Mark, 82 yaşlı qabaqcıl aviasiya mühəndisi Mari Vallas “Wally” Fank və 18 yaşlı Oliver Daemen müşayiət edib. Bu da onları kosmosa uçan ən yaşlı və ən gənc insan olaraq tarixə salıb.

Fank 1960-cı illərdə ABŞ-ın kosmik proqramı üçün təlim alan ilk qadın qrupu Merkuri 13-ün üzvü idi. Lakin daha sonra onlardan heç biri kosmosa uçuş həyata keçirməyib.

Hollandiyada doğulan Daemen isə New Shepard-dakı bir yer üçün 28 milyon dollarlıq auksionun anonim qalibinin qrafikə uyğun gəlməməsini əsas gətirərək imtina etməsindən sonra heyət üzvlərinə son dəqiqə əlavə edilib. Daemenin atası hərracda ikinci yeri tutmuşdu.

Bezos gəncliyində Apollon-nun Ay missiyalarını izlədikdən bəri kosmosun fəthinin qızğın həvəskarı olub. O bugünkü uçuşunu da tarixi Apollon 11-in Aya enişinin 52-ci ildönümünə həsr edib.

Bazar ertəsi verdiyi müsahibə zamanı Bezos məqsədinin Branson ilə rəqabət deyil, “gələcək nəsillərin kosmosda inanılmaz şeylər edə bilməsi üçün kosmosa yol açmaq” olduğunu bildirib.

XS
SM
MD
LG