Accessibility links

AMEA-nin Fizika institutunun rəhbər heyəti vəzifəsindən azad edilib


Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası

Yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad edilib.

Bu barədə AMEA məlumat yayıb.

Məlumatda deyilir ki, AMEA-nın Fizika İnstitutunda aparılan yoxlamanın nəticələri bu qurumun Rəyasət Heyətinin iclasında müzakirə edilib.

“Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub,” AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasiyev bildirib.

AMEA-nın prezidenti Ramiz Mehdiyev deyib ki, Fizika İnstitutunun direktoru Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini Cavad Abdinov, institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər. Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.

Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev bildirib ki, dünyada elmin inkişafına dair layihələr işlənilir, strategiyalar qəbul olunur, Azərbaycanda isə vaxtilə Elmlər Akademiyasının tacı sayılan Fizika institutunda korrupsiya və maxinasiyalar tüğyan edir.

“Vaxtilə bu institutdakı maxinasiyalar barədə yazmışam. Təcili Fizika İnstitutuna "Elmin İnkişafı Fondu"ndan verilən fantastik rəqəmlərlə ifadə olunan Qrant layihələrinin icrası da yoxlanılmalıdır. Birinin məbləği 3.000.000 manat idi. Həmin vaxtlar Elmin İnkişafı Fondunun Himayədərlar Şurasının sədri akademik Ramiz Mehdiyev idi,” Milli Məclisin deputatı Etibar Əliyev Facebook səhifəsində “Fizik və Korrupsiya” başlıqlı statusunda yazıb.

Bununla yanaşı, Amerikanın Səsinin müxbirinin AMEA-nin Rəyasət Heyətinin iclasında barələrində qanun pozuntuları ilə bağlı ittihamlar səsləndirilən Fizika İnstitunun direktoru Nazim Məmmədov və onun müavini Cavad Abdinov və digərlərindən şərh almaq cəhdləri baş tutmayıb. Belə ki, direktorun telefonları söndürülüb. Onun müavinləri isə direktorun mövqeyini öyrənməyimizi məsləhət bilib.

Nazim Məmmədov Moskva Polad və Xəlitələr İnstitutunu yarımkeçiricilər və dielektriklər ixtisası üzrə bitirib. 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 2014-cü il iyulun 1-də AMEA-nın müxbir üzvü seçilib. 2015-cil aprelin 30-da Nazim Məmmədov AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi vəzifəsin icra edib. 2017-ci ildə o, AMEA-nin Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi seçilib.

O,1994-cü ildə, Yaponiyada Naqaoka Texnoloji Universitetinə professor kimi dəvət alıb, 1997-ci ildə Yapon Elmi İrəlilətmə Cəmiyyətinin (Japan Society for the Promotion of Science) professor qrantına layiq görülüb.

O, 1998-ci ildə Osaka Universitetinin Fizika və Elektronika fakültəsində professor vəzifəsində çalışıb və 2005-ci ilə qədər orada dərs deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG