Accessibility links

AMEA-nin medianın “sifarişlə işləməsi” mesajı və AMEA prezidentinə cavablar


Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat və informasiya şöbəsi növbəti dəfə KİV-ə jurnalistlərin “kiminsə sifarişi ilə” böhtan və yalan yaymamaqdan ibarət olan “əsas missiyasını xatırladan” müraciət ünvanlayıb.

Mətbuat və informasiya şöbəsi AMEA prezidenti Ramiz Mehdiyevin 49 il ərzində fasiləsiz olaraq sədaqətlə xidmət göstərdiyini, bu fəaliyyətin onu dövlət mükafatları ilə təltif edən prezidentlər Heydər Əliyev və İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirir.

"Bu gün AMEA prezidenti vəzifəsini tutan Ramiz Mehdiyev prezident İlham Əliyevin yoluna sadiqdir və prezidentin tapşırıqlarını yerinə yetirməkdə davam edir" - deyə, müraciətdə bildirilir.

AMEA-nın mətbuat və informasiya şöbəsi KİV-lərin adlarını çəkmədən, müəllifləri Ramiz Mehdiyevə "qara yaxmaq istəyən, “qeyri-peşəkarlıq” nümayiş etdirən, obyektivlik prinsiplərinə riayət etməyən və oxuculara qarşı hörmətsizlik edən böhtan xarakterli nəşrlərə" diqqət çəkir.

2020-ci ilin sentyabrında yayılan əvvəlki bəyanatlardan fərqli olaraq, bu mətn Ramiz Mehdiyev tərəfindən imzalanmayıb, jurnalistlərə və KİV-ə qarşı təhdid ehtiva etmir və xoşməramlı tonla yazılıb.

Onların yerini böhtan, ictimai rəyin aldadılması, cəmiyyətdə düşmənçilik mühitinin yaradılmasında ixtisaslaşan aşağı ayarlı media tutub. Bu gün bu media bumeranq qanunu ilə Mehdiyevin öz nüfuzuna xələl gətirir.
Mehman Əliyev, Turan İnformasiya Agentliyinin direktoru

AMEA-nin mətbuat və informasiya şöbəsinin bu il fevralın 8-də yaydığı məlumat yerli mediada Ramiz Mehdiyev tərəfindən himayə olunduğu bildirilən ölkənin metal bazarında böyük çəkiyə malik “Baku Steel Company” MMC-nin rəhbəri Ramiz Məmmədovun həbsindən sonraya təsadüf edir. Bu şirkətin sahibi Rasim Məmmədov Dövət Təhlükəsizliyi Xidməti tərəfindən 42 milyon manatı israf etmək ittihamı ilə həbs edilib.

Müşahidəçilərin fikrincə, AMEA-nin prezidenti Ramiz Mehdiyev korrupsiya kontekstində onun adı keçən nəşrlərin artmasından narahatdır.

AMEA-nin məlumatını şərh edən Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, məhz Ramiz Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi və ideologiyaya nəzarət etdiyi dövrdə Azərbaycanın peşəkar KİV-lərinə ölümcül zərbə endirilib.

“Onların yerini böhtan, ictimai rəyin aldadılması, cəmiyyətdə düşmənçilik mühitinin yaradılmasında ixtisaslaşan aşağı ayarlı media tutub. Bu gün bu media bumeranq qanunu ilə Mehdiyevin öz nüfuzuna xələl gətirir,” Mehman Əliyev qeyd edib.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev isə hesab edir ki, Ramiz Mehdiyev açıq şəkildə elm sahəsində islahatlara mane olur.

“Mehdiyev ölkənin elm məbədini istədiyi kimi idarə edir. Elmdən başqa nə işlə desəniz məşğuldur. AMEA-nın saytı onun şəxsi ambisiyalarını ifadə edən məkana çevrilib. Oradan siyasi bəyanatlar üyüdürlər. Elm cəmiyyətin hərəkətverci qüvvəsidir və siyasətdən ayrı olmalıdır. Elm durğunluq halına salındıqda onun xilası üçün çox böyük vaxt və vəsait tələb olunur. Təhsil də belədir. Təhsili durğunluqdan xilas edə bilməməyimizin səbəbi ali məktəblərin bir neçəsinə savadsız və korrupsioner rektorların rəhbərlik etməsi olub. Onlar dövləti aldatmaqla uzun müddət vəzifələrində qalıblar. Bütün dünya elm və təhsilin vəhdətindən danışır. Biri durğunluq dövrünü yaşayırsa digərini də bu vəziyyətə sürükləyir. Ramiz Mehdiyev elmi durğunluqdan bataqlığa itələyir. Akademiklərimiz isə susurlar,” deputat Facebook səhifəsində yazıb.

Ramiz Mehdiyev həm sovet rejimi dövründə, həm də müstəqillik dövründə yüksək vəzifələrdə çalışıb. Sovet İttifaqı zamanı 1974-cü ildən başlayaraq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində müxtəlif yüksək rəhbər vəzifələrdə çalışıb, parlamentin deputatı olub. Müstəqillik dövründə isə 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. O, iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG