Accessibility links

Amerika xristianlarının çoxu dinə dözümsüzlüyün artdığını düşünür [Video]


Amerika xristianlarının çoxu dinə dözümsüzlüyün artdığını düşünür
please wait

No media source currently available

0:00 0:01:51 0:00

"Mən kilsəyə azı həftədə bir dəfə gəlirəm. Mən və həyat yoldaşım övladlarımızı bu kilsədə böyütmüşük" deyə, Viki Midendorf adlı dindar qadın bildirir.

Əsas etibarilə xristianlardan ibarət olan icmalarda kilsə çox vaxt mərkəzi yer tutur. Viki Midendorf: “Bu ölkədə çoxları Allaha inanır və etiraf etməliyəm ki, Allaha inanmayanlar da var, amma onlar öz fikirlərini başqalarına qəbul etdirməməlidir, bunun düzgün olmadığını, insanlara bunun yaşamaq yolu olmadığını deməməlidir, çünki, bu yaşamağın bir yoludur.”

"LifeWay-2016"nın araşdırmalarına görə, xristianların çoxu dinə dözümsüzlüyün artdığını düşünür. "Siz artıq Merry Christmas” - “Milad bayramın mübarək” deyə bilməzsiniz, çünki siz bununla öz dəyərlərinizə üstünlük vermis olursunuz. Amma mən sizə sadəcə ürəkdən gözəl arzular diləyirəm" deyə, Midendorf bildirir.

Bəzi sorğulara görə, amerikalıların 40 faizi hesab edir ki, xristianlar çox şikayət edir. "Biz din azadlıqları üçün uzun zaman dua etmişik. Lakin son 8 ildir biz Amerikada dinə basqıların artdığını görürük. Məsələn, Obama dövrünü götürək, səhiyyə xidmətləri üçün pul ödənilməli idi. İnanmadığımız bir şeyə görə pul ödəmək bizim dinə ziddir. Bu, bizim inancımıza qarşı çıxmaq deməkdir. Xeyr, bu doğru deyil, hansı din olursa olsun, dini inanclar pozulmamalıdır."

Ali Məhkəmə səhiyyə xidmətləri məsələsində dini biznes sahiblərinin tərəfini tutdu. Viki Midendorf: "Amerika iyudaizm-xristianlıq prinsipləri və dəyərləri əsasında qurulub və biz bunu itirməməliyik. Belə görünür ki, bizim ata-babalarımızın uğrunda mübarizə apardığı din və azadlıq Amerikada öz mənasini itirməkdədir. Ölkədə nə isə düzgün getmir."

XS
SM
MD
LG