Accessibility links

Namizədlərin terrorla mübarizədə prioritetləri [Video]


Seçicilərin çoxunun ağlında terrorizmlə bağlı fikirlər olduğu bir vaxt, Respublikaçı Donald Tramp və Demokrat Hillari Klinton vətənləri Amerikanı terror hücumlarından qorumaq üçün müxtəlif təkliflər irəli sürür. Onların hər ikisi məqsədlərinin İŞİD-i məhv etmək və Amerikada radikalizmin qarşısının alınması olduğunu desələr də, buna münasibətdə onların arasında fikir ayrılıqları mövcuddur.

Hillari Klionton və ya Donald Trampdan terrorla mübarizədə prioritetləri soruşsanız, hər ikisi eyni cavabı verəcək. Hillari Klinton: “Mən İŞİD-i məğlub edəcəyəm. Və biz mübarizəmizi davam etdirməli və burada daha ağıllı hərəkət etməliyik.”

Tramın da əsas məqsədi İŞİD-i məğlub etməkdir, lakin o, bu terrorçu qrupun daha böyük problem olduğunu düşünür. “Gördüyünüz kimi biz ölkəmizdə radikal İslamın qarşısını almağa çalışırıq. Lakin o, bunun adını belə səsləndirə bilmir”.

Ancaq Klinton bunun adını səsləndirir - radikal cihadçılıq. Onun planı İslam Dövlətini zəiflətmək və terror şəbəkələrini məhv etmək üçün müttəfiqləri və Amerika-müsəlmanları icmaları ilə yaxından əməkdaşlıq etmək, eləcə də hüquq-mühafizə orqanlarına daha çox səlahiyyət verməkdir.

Donald Tramp isə daha sərt çıxış edir. O, müsəlmanlara qarşı sərt çıxışlarını dayandırıb, lakin terrorçuların ölkəyə daxil olmaması üçün sərhəddə nəzarəti ifrat dərəcədə gücləndirməyi təklif edir.

Cənab Tramp Əsəd rejimini devirmək əvəzinə, Rusiya və modernləşmiş ərəb ölkələri ilə yaxından əməkdaşlıq etmək istədiyini deyir. Trampı dəstəkləyən, təqaüddə olan ordu generalı Sidney Şeyçnov : “Donald Tramp İŞİD-ə azad hərəkət etməyə imkan verməyəcək. O, İŞİD-i hər yerdə vuracaq. Mənim fikrimcə hazırkı administarsiya ilə müqayisədə o, daha çevik hərəkət edəcək.”

Sabiq diplomat Ceyms Cefri isə xanım Klintonu dəstəkləyir. “Mən ümid edirəm ki, xanım Klinton vəzifəyə gəlməzdən əvvəl cənab Obama Mosula hücumla İŞİD-i məhv edəcək. Bundan sonra isə xanım Klintonun İŞİD-in Raqqadakı mövqelərini məhv edəcəyindən əminəm.”

İraq rəsmiləri İŞİD-in Mosuldan planlaşdırıldığından əvvəl çıxarılacağını bildirir. Nəticələrdən asılı olmayaraq, təhlilçilər bunun ABŞ strategiyası və gələcək dövlət başçısına əhəmiyyətli dərəcədə təsiri olacağını deyir.

XS
SM
MD
LG