Accessibility links

Amerikana: Antik əşyalar hərracı [Video]


Amerikana: Antik əşyalar hərracı
please wait

No media source currently available

0:00 0:06:40 0:00

Amerikana: Antik əşyalar hərracı

Vaşinqton yaxınlığında yerləşən Dikson’s hərracı insanları öz antik əşyalarını satmasına və digərlərinin bu əşyaları almasına vasitəçilik edir

Amerikalıların əksəriyyəti evlərində antik əşyaların olmasına üstünlük verir. Vaşinqton yaxınlığında yerləşən Dikson’s hərracı insanları öz antik əşyalarını satmasına və digərlərinin bu əşyaları almasına vasitəçilik edir. Yarım əsrdən çoxdur fəaliyyat göstərən bu hərrac bölgədə iqtisadiyyatın inkişafına da töhfə vermədədir. Növbəti Amerikana proqramında Emil Quliyev sizi Antik əşyalar hərracına dəvət edir.

ABŞ paytaxtından 2 saatlıq aralıqdakı ucqar Krampton şəhərinin sakitliyini həftədə bir dəfə hərracçının səsi pozur.

Merilend ştatının cəmi bir neçə yüz əhalisi olan Krampton şəhərində çərşənbə günləri minlərlə insanın iştirak etdiyi hərrac keçirilir. 1961-ci ildən fəaliyyət göstərən Dikson hərracı eyni adlı ailənin nəsildən nəslə keçən biznesidir.

Bura mən ilk dəfə başlayanda çox balaca idi və tədricən ərazimiz genişlənməyə başladı. Hazırda buranı nəvəm işlədir. O, ailəmizin burada işləyən 3-cü nəslidir. Mənsə artıq bura hər hərrac günü əyləncə üçün gəlirəm.
Norman Dikson

Diksons hərracının təsisçisi Norman Dikson: "Bura mən ilk dəfə başlayanda çox balaca idi və tədricən ərazimiz genişlənməyə başladı. Hazırda buranı nəvəm işlədir. O, ailəmizin burada işləyən 3-cü nəslidir. Mənsə artıq bura hər hərrac günü əyləncə üçün gəlirəm".

İldən ilə ərazisi ilə yanaşı həcmi də genişlənən bu hərrac əsasən antik əşyalar və mebel satışı ilə məşğul olsa da, burada demək olar hər şey tapmaq olar. Hərrac iki hissədən ibarətdir. Açıq sahədə keçirilən hərrac daha hərəkətli olur.

Hərracın özəlliyi burada hər şeyin dəfələrlə ucuz satılmasındadır. Havadan asılı olmayaraq yay-qış insanlar buraya gəlir və çoxları da bir-birini yaxşı tanıyır.

"Mən 40 ildir bura gəlirəm. Bu hərrac on illiklərdir burada mövcuddur. Mən ilk dəfə gələndə balaca uşaq idim, 12 yaşım var idi. Bura hamının işinə yarayır. Necə deyərlər, bir nəfərin tullantısı, başqa birinin xəzinəsidir" - deyə hərrac həvəskarı Leman Helson bildirir.


İnsanlar öz qədim, antik əşyalarını gətirib burada hərraca çıxara bilir. Əşyaların burada ucuz satılmasının səbəbi də məhz budur. Yağışlı günlərdə insanların az olması isə qiymətlər daha aşağı olması ilə nəticələnəlir.

Antik və zinət əşyalarının çoxu içəridə keçirilən hərracda satışa çıxarılır. Hərrac axşam saat 5-dək davam edir.

Əvvəlcə açıq sahədə mebellərə baxırıq, daha sonra isə içəridə zinət əşyaları, mebellər, 18-c əsrdən başlayan qədim rəsm əsərləri və başqa əşyaları almağa çalışırıq. Zinət əşyaları əladır. Bu hobbinin vərdişə çevrilməsidir. Çünki çox əyləncəlidir.
Antik əşyalar həvəskarı

Antik əşyalar həvəskarı Marqaret: "Əvvəlcə açıq sahədə mebellərə baxırıq, daha sonra isə içəridə zinət əşyaları, mebellər, 18-c əsrdən başlayan qədim rəsm əsərləri və başqa əşyaları almağa çalışırıq. Zinət əşyaları əladır. Bu hobbinin vərdişə çevrilməsidir. Çünki çox əyləncəlidir".

Hərrac antik əşyalar həvəskarları ilə yanaşı, ABŞ-ın hər yerində antik dükan sahiblərinin də diqqətini cəlb edir. Konnektikutdan tutmuş Cənubi Karolinayadadək bir ştatlardan hər həftə buraya ucuz antik əşyalar almağa gəlirlər.

"Bizim Merilen Antik adlı dükanımız var. Buradan 50 kilometr aralıdakı Çeynbricdədir. 1970-ci illərin əvvəllərindən bura gəlirəm" - deyə Rikki Rossi bildirir.

Hərrac həvəskarı Mayk Fin isə Nyu-York, Pensilvaniya - hər yerdən adamların bura gəldiyini deyir: "Çoxu yük maşınları ilə gəlir. Bəzi insanlar isə sadəcə yemək üçün buradadır. Əla yeməkləri var".

Ötən həftə 19 min dollarlıq saatı 90 saniyəyə satdım.
Hərracçı Bill Karuzo

Burada yeməklərin əla olmasının səbəbi təmiz ərzaqlardır. Qonşuluqda yaşayan il uzunu əkib-becərdikləri ərzaqları da burada sata bilirlər.

Diksons hərracı illərdir Krampton şəhərinin iqtisadiyyatının inkişafına kömək edir.

"Bizim həm yarım-ştat, həm də tam-ştat işçilərimiz var. Bundan başqa insanları mebellərin maşına yükləməsinə kömək edən çoxsaylı müvəqqəti işçilərimiz var ki, bu hərrac hesabına dolanırlar" - Norman Dikson bildirir.

İndi isə hərracın töhfəsi yalnız bu şəhərlə məhdudlaşmır. Son bir ildə Diksons onlayn hərraca da başlayıb. Belə ki, həftədə bir saat onlar ebay kimi saytlarda canlı hərrac keçirir. Artıq bundan həvəslənən müştərilər də var.

Kerol Nayy: "Əvvəllər dükanım olub. Indi isə onlayn satışla məşğulam. Puldan şikayət edənlərə məsləhər edirəm ki, buraya gəlib əşyaları alın internetdə satsında satsınlar. Burada hər zaman ucuz alıb baha sata bilərsiniz".

Biz hərraca yenicə çatanda gün ərzində bu qədər əşyanın satışa çıxarılması bizə qəribə gəlirdi. Ancaq 3000 bölməsi olan və hər həftə təxminən 20000-30000 əşyanın satışa çıxarıldığı Diksons hərracında günorta saat 3-də artıq bütün satış rəfləri boşalıb.

Bütün hərraclarda olduğu kimi burada da hamının gözü hərracçıdadır. Bill Karuzo hərracçı olmağın çətinliyindən danışır: "Alıcılarınızı və satacağın malları bilməlisən. Hər ikisini analiz etməlisən. Adamın çox olması, daha çox təklif olacağı deməkdir. Ona görə bütün vaxt ərzində bir növ onları öyrənirsən - bədən hərəkətləri, mimikaları ilə. Bu işdə heç zaman mükəmməl deyilsən".

Ucuz əşyalarla yanaşı çox bahalı malların da hərraca çıxarıldığını bildirən Karuzo deyir ki, burada sürətli olmaq çox önəmlidir: “Ötən həftə 19 min dollarlıq saatı 90 saniyəyə satdım”.

Biz hərraca yenicə çatanda gün ərzində bu qədər əşyanın satışa çıxarılması bizə qəribə gəlirdi. Ancaq 3000 bölməsi olan və hər həftə təxminən 20000-30000 əşyanın satışa çıxarıldığı Diksons hərracında günorta saat 3-də artıq bütün satış rəfləri boşalıb.

XS
SM
MD
LG