Accessibility links

Amerikalılar arasında ölüm cəzası tərəfdarlarının sayı azalır


Amerikalıların əksəriyyəti adətən ölüm cəzası tərəfdarı olsa da, son illər bu göstərici azalıb.

Gallup sorğu mərkəzinin bildirdiyinə görə, 2003-cü ildən bəri ölüm hökmlərində 70 faiz azalma müşahidə edilib. Ölüm hökmünə dəstək DNK testlərinin ölümə məhkum edilənlərin bəraəti ilə azalıb.

ABŞın Ədliyyə Nazirliyi ötən cümə axşamı günü 16 illik fasilədən sonra ölüm cəzasının bərpasını elan edib. Bu addım qətl ittihamı ilə həbsdə olan 5 məhkumun gələn bir neçə ay ərzində edamını nəzərdə tutur.

Baş prokuror Uilyam Barr Federal Həbsxanalar Bürosuna edam protokollarının hazırlanmasına göstəriş verib. 3 məhbusun 2020-ci ilin dekabr, ikisinin isə yanvar ayında ölüm hökmü icra edilməlidir.

ABŞ-da son edam 2003-cü ildə icra edilib. O zaman Luis Cons adlı körfəz müharibəsi veteranı olan müttəhim 19 yaşı əsgərin oğurlanaraq öldürülməsində ittiham edilmişdi.

Ölüm Hökmü İnformasiya Mərkəzinin bildirdiyinə görə, 65 məhbus federal ölüm hökmü altındadır. ABŞ-ın 50 statının yarısından çoxu ölüm hökmü qanununa malikdir.

Ölüm hökmləri ABŞ-da 1972-ci ildə ləğv edilib. O zaman Ali Məhkəmə bunu "arbitrar cəza" adlandırmışdı. Lakin 1988-ci ildə qanun qismən bərpa və üç nəfərin ölüm hökmü icra edilmişdi.

ABŞ ölüm hökmü qanununa malik olan yeganə Qərb ölkəsidir. 29 ştatda qanun qüvvədədir.

Ötən il Amerikada 25 məhbus edam edilib.

Avropada isə ölüm hökmlərini icra edən yeganə ölkə Belarusdur.

XS
SM
MD
LG