Accessibility links

Əfqanıstanda Amerika vətəndaşı oğurlanıb


Medianın cümə axşamı yayıdığı xəbərlərdə bildirilib ki, Afqanıstanın Xost vilayətində ABŞ vətəndaşı oğurlanıb.

Amerikanın Newsweek jurnalı adının gizli qalmasını istəyən ABŞ rəsmisinə istinadən bildirdiyinə görə, 57 yaşlı, Əfqanıstanda podratçı olaraq işləyən Amerika vətəndaşı Xost vilayətində keçən həftə oğurlanıb.

Birləşmiş Ştatların Dövlət Departamenti şərh verməkdən imtina edib.

Newsweek ABŞ rəsmilərinin podratçının oğurlanmasını Talibanla əlaqəli olan Haqqani şəbəkəsinin təşkil etdiyinə inanır.

Haqqani şəbəkəsinə yaxın mənbələr Reuters xəbər agentliyinə amerikalının qaçırılmasında qrupun əli olduğunu rədd edib.

Adının çəkilməsini istəməyən Taliban liderindən biri Reuters-ə Xostda bir amerikalını qaçırdıqlarını desə də, əlavə məlumat verməyib. "Vacib məsəllıə amerikanın əlimizdə olmasıdır. Əlavə məlumatları mediaya sonra verəcəyik " - deyə, o bildirib.

Taliban sözçüsü Zabihulla Mücahid Reuters-ə qaçırma ilə bağlı xəbəri mediadan öyrəndiklərini və komandirləri ilə birlikdə araşdırma apardıqlarını deyib.

Kabildəki bir Qərb diplomatı Taliban daxilində parçalanma olduğunu və bu qaçırılmanın arxasında həmin qruplardan birinin durduğunu düşündüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG