Accessibility links

Amerikada hansı adlar daha çox qoyulur


Amerikanın qərb sahillərində “Emma”, orta-qərbində “Liam” adları üstünlük təşkil edir.

ABŞ-ın cənub-şərq ştatlarında isə “Uilliam” oğlan, “Ava” qız adı olduqca geniş yayılıb.

Ölkə boyu “Liam” və “Emma” artıq ikinci ildir birinci yeri tutur.

ABŞ-ın Sosial Təminat Administrasiyasının 2018-ci il üçün hesabatında deyilir ki, “Noa” and “Olivia” sıyahıda ikincidir.

Uşaqlara ad verilməsi özəl seçim olsa da, bunu ətrafdan olan təsirlərlə əlaqələndirirlər.

“Adlar uşaqlardansa, daha çox valideynləri əks etdirir. Valideynlərin unikal olmaq istəklərinə onların həyatlarının formalaşmasına yardım edən yerin də təsiri var” - deyə, Pennsilvaniyanın Uorton institutunun professoru Cona Bürqer bildirib.

Bu gün rəqəmsal medianın həyatlara təsiri ilə yeni doğulan körpələrə verilən adların əvvəllər heç vaxt olmadığı qədər daha geniş spektri var. Buna məşhurlar və televiziya proqramlarının təsiri də ola bilər.

Məsələn, “Taxt-tac oyunları” tele-serialından götürülən “Arya” adı siyahıda 119-cu, ənənəvi “Ancela” (264), “Cennifer” (345) və “Aleksis” (179) yeri tutub.

Digər ikonik hit şousundan qızlara verilən “Xaleesi” adı 549-cu sıradadır.

Bu ad “Lisa” (891), “Kristin” (926) and “Ann” (599) adlarını geridə qoyub.

2012-ci ildə aparılan araşdırmalar laboratoriyalara menecer vəzifəsinə anket göndərənlən arasında “Con” adına “Cenniferdən” daha artıq diqqət verildiyini müəyyən edib.

İnsanın adı onun mədəniyyəti, harada, nə zaman yaşadığı və doğulduğu zamanın sosial trendini əks etdirir.

Alimlər müəyyən edib ki, “K” hərfi ilə bağlayan adlara Yeni Orleanı dağıdan Katrina qasırğasından sonra daha tez-tez rast gəlinir.

Məsələn Keti, Katrin, Kevin kimi adlar. Adların təkrarən eşidilməsi də ad seçiminə təsir edə bilər.

Amerikada doğulan Meqan Markl və şahzadə Harrinin oğullarına verdiyi “Arçi” adı 2018-ci il siyahısında 992-ci yeri tutub.

Bu adın 2019-cu ildə hansı təsirə malik olacağını gözləmək lazımdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG