Accessibility links

Bred Pitlə Ancelina Colinin Milad bayramında evləndikləri deyilir


Bred Pitlə Ancelina Coli 6 uşaqdan sonra deyəsən bu dəfə evləniblər.

The Telegraph veb səhifəsi xəbər verir ki, cütlük Milad bayramını altı uşaqları, Bredin valideyinləri və onun qohumları ilə bərabər Karib Türk və Kaykoss adalarında keçirib.

Və doqquz ay nişanlı qalan Hollivud ulduzları Milad bayramı günü nikah bağlayıb.

Onlar moda dizayneri Donna Karana məxsus, biri-birindən ayrı üç villa, üç üstü açıq pavelyonu və dörd hovuzu olan mülkiyyətdə yaşayıb.

Bred artıq `Killing Me Softly` filminin premyerasında uşaqlarının ona təzyiq göstərdiklərini və Ancelina ilə evlənməyin vaxtının çatdığını deyib.

Bütün bunlara baxmayaraq onların menecerlərindən evlənmələri barədə rəsmi xəbər yoxdur.
XS
SM
MD
LG