Accessibility links

ABŞ və Avropa İttifaqı ticarət qarşıdurmasında barışıq əldə etdi


ABŞ və Avropa İttifaqı təyyarə subsidiyaları ilə bağlı uzun müddətdir davam edən mübahisələrində genişləndirilmiş barışıq əldə etdilər.

Vaşinqton ABŞ-ın ən böyük təyyarə istehsalçısı və ən böyük rəqibi olan “Airbus”a haqsız subsidiyalar üçün Ümumdünya Ticarət Təşkilatı tərəfindən təsdiq edilmiş tarifləri şərti olaraq beş il müddətinə dayandırır.

"Bu görüş təyyarə sahəsində irəliləyişlə başladı" - deyə, çərşənbə axşamı Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ABŞ Prezidenti Co Bayden ilə rəsmi danışıqların əvvəlində qeyd edib. "Bu, həqiqətən əlaqələrimizdə yeni bir səhifə açır, çünki məhkəmə prosesləri, 17 illik mübahisədən sonra təyyarələr mövzusunda əməkdaşlığa keçirik" - deyə, o əlavə edib.

"ABŞ-Avropa münasibətlərindəki uzun müddətdir davam edən ticarət problemini həll edir. Ən yaxın müttəfiqlərimizdən biri ilə mübarizə aparmaq əvəzinə, nəhayət ortaq təhlükəyə qarşı birləşirik. Bu sektorda Çinin qeyri-bazar təcrübələrinə ədalətli rəqabət standartlarımızı əks etdirən xüsusi yollarla meydan oxumaq və ona qarşı çıxmaq üçün birlikdə çalışmağa qərar verdik” - deyə, ABŞ Ticarət Nümayəndəsi Katerin Tai brifinqdə jurnalistlərə bildirib.

Tai əlavə edib ki, razılaşma “Çinin yaratdığı və bazarda olmayan iqtisadi rəqabətin yaratdığı digər çətinliklər üzərində qurmaq üçün istifadə edəcəyimiz bir modeldir”.

Donald Trampın prezidentliyi dönəmində şərab və pendir də daxil olmaqla, Trans-Atlantik müttəfiqlərinə tariflər tətbiq edilmişdi. Avropa liderləri indi fərqli bir istiqamətdə münasibət quran Baydeni sevinclə qarşılayıb. Müttəfiqlər NATO ortaq müdafiələri üçün maliyyə yükünü yetərincə daşıya bilmədiyi üçün tənqidə məruz qalırdılar.

"Mən öz sələfimdən çox fərqli bir baxışa sahibəm" - deyə, Bayden Avropa Komissiyasının sədri von der Leyen və Avropa Şurası Başçısı Çarlz Mişel arasında Avropa Binasıda təşkil edilən mərasimdə foto-şəkil üçün dayanarkən bildirib.

"Amerika qlobal səhnəyə qayıtdı. Bu, həm müttəfiqlər, həm də dünya üçün böyük bir xəbərdir" - deyə, Mişel qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG