Accessibility links

Amerika basketbolunun əfsanəsi Kobe Brayant helikopter qəzasında həyatını itirib


ABŞ basketbolunun əfsanəsi Kobe Brayant Los Anceles yaxınlığında baş vermis helikopter qəzasında həlak olub.

Mənbələr helikopterdə Brayantla bərabər onun 13 yaşlı qızı Giannanın və digər 7 nəfərin olduğu deyilir.

Qəzadan heç kəs sağ çıxmayıb.

Brayant bazar günü Thousand Oaks qəsəbəsindəki Mamba İdman Akedemiyasında keçiriləcək basketbol oyununa gedirdi. Qızının oynayacağı matçda Barayantın uşaq komandasına məşqçilik edəcəyi gözlənilirdi.

Kobe Brayant “Los Angeles Lakers” klubunun oyunçusu kimi şöhrət qazanmışdı.

Brayantın içərisində olduğu helikopter Los Anceles civarında yerləşən Kalabasasda yerə dəyib.

41 yaşlı basketbol ulduzu 20 il ABŞ-ın Milli Basketbol Assosiasiyasında oynayıb və basketbolda dördüncü ən çox qol vuran oyunçu olub.

Federal Aviasiya Administrasiyası qəzanın səbəbləri ilə bağlı araşdırma aparır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG