Accessibility links

Müstəqillik Günü səyahətə çıxan amerikalıların sayı rekord həddə çatıb


Bu il Müsrəqillik Günü bayramında səyahətə çıxan amerikalıların sayı rekord həddə, 50 milyona yaxındır. Bu isə keçən illə müqayisədə 4 faiz çoxdur. Səyahətə çıxanların çoxu təyyarədən istifadə etsələr də, uzaq məsafələri avtomobillə qət edənlər də çoxdur.

Bu il 4 iyul - Müstəqillik Günü bayramı cümə axşamına düşdüyünə görə, işləyən amerikalıların çoxu tətillərini uzatmaq üçün cümə günü də işdən icazə alırlar. Bəziləri isə tıxaclara görə səyahətə həftənin əvvəlindən çıxmağa başlayır. Lakin ölkənin əsas yollarında tıxaclar artıq çərşənbə günü başlayıb. Nyu-Cersinin magistral yolunda zibil maşını aşdığına görə yol bağlanmdı, bayram axşamı Nyu-Yorku tərk etməyə çalışan insanlar əsəbi vəziyyətdə gözləməli olub. Texas ştatının Nyuston şəhərində isə bir yük maşını körpüdən düşüb.

“Amerika Avtomobil Assosiasiyası”nın hesablamalarına görə, bu il bayram mövsümündə 41.4 milyon insan səyahətə avtomobillə çıxacaq. Keçən illə müqayisədə yanacaq qiymətlərinin aşağı olması avtomobillə səyahəti daha asan edir. Səyahətə çıxanların çoxunun bazar günü geri qayıtmalı olduqları üçünböyük tıxac olacağı gözlənilir.

Columbiya mahalındakı Vaşinqton Ronald Reyqan aeroportu çərşənbə günü səyahətə yollanan insanla dolu olub. Eyni zamanda prezident Trampın Amerika tarixində ən möhtəşəm gün olacağını vəd etdiyi Müstəqillik Gününü qeyd etmək üçün paytaxta gələnlərin sayı da çoxdur.

Lakin Vaşinqtonun ən məşhur yerlərinndə təhlükəsizlik tədbirləri əvvəlki illərə nisbətən daha çox artırılıb. Bunu paytaxta əvvəllər gələn turistlər də qeyd edir. “Mən burada təhlükəsizlik işçilərinin daha çox olduğunu görürəm. Mən bunu bu gün səhər Arlinqton Milli Qəbristanlığında da gördüm. Polis hər yerdədir. Yəni əvvəllər olduğu kimi deyil” - deyə, Missuri ştatının Kanzas şəhərindən olan turist Ceyson Ballard bildirir.

Həqiqətən də Milli Xiyabanda bayram tədbirlərinə qatılanların sayı əvvəllər olduğundan xeyli çoxdur. Ziyarətçilər deyirlər ki, tixaclara nəzarət və ətrafda çox sayda polis olması ilə onlar bayram şənliklərində özlərini daha təhlükəsiz və rahat hiss edirlər.

XS
SM
MD
LG