Accessibility links

Amerika Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Parlament Proqramının təqdimat sessiyası olub


Amerika Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Parlament Proqramının təqdimat sessiyası olub
Amerika Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Parlament Proqramının təqdimat sessiyası olub

Parlament Proqramı ilk dəfə seçilmiş və təcrübəli deputatların ehtiyaclarının ödənilməsinə xidmət edir

Bu gün Azərbaycan Milli Məclisinə ilk dəfə seçilmiş deputatlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda həyata keçirdiyi Parlament Proqramının (APP) yönləndirmə layihəsinin açılış sessiyasında iştirak edib. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin Mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, Yönləndirmə Proqramı üç hissədən ibarət olamaqla Milli Məclisə ilk dəfə seçilmiş və eləcə də təcrübəli deputatların ehtiyaclarının ödənilməsinə xidmət edir. Bu gün keçirilmiş birinci sessiya parlament fəaliyyətinin qanunvericilik, təmsilçilik və nəzarət sahələrində deputatların səlahiyyətləri, hüquq və vəzifələri, eləcə də Milli Məclisin müəyyən etdiyi ümumi qaydalar və həll etdiyi məsələlər barədə icmal kimi hazırlanıb. Məruzələr təcrübəli deputatlar və Milli Məclis Aparatının məsul işçiləri tərəfindən təqdim olunub. “İkinci hissədə birinci sessiyada toxunulmuş mövzulara daha ətraflı diqqət yetiriləcək və eləcə də dövlət siyasətinin araşdırılması, təhlili, xalq diplomatiyası və başqa əlavə mövzular əhatə olunacaq. Üçüncü hissədə deputatlara onların coxşahəli fəaliyyətində zəruri bacarıqların inkişaf etdirilməsinə dair seminarlar keçiriləcək və əsas qanunvericilik məsələlər üzrə fikir mübadilələri aparılacaq”.

Amerikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib ki, parlament institutunun və deputatların rolu dövlətlə cəmiyyət arasında körpü olmaq, şəffaflığın, cavabdehliyin və təmsilçiliyin inkişaf etdirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

XS
SM
MD
LG