Accessibility links

Amerikalı üzgüçü Braziliyada 11 min dollar ianə verməyə razıdır


Amerikalı üzgüçü Ceyms Feyqen Rio Olimpiyada oyunlarında oğurluqla bağlı saxta qalmaqalın bağışlanması və ABŞ-a geri dönməyə icazə verilməsi qarşılığında Braziliyada 11 min dollar ianə verməyə razıdır.

Feyqenin vəkili Rioda hökumət və məhkəmə rəsmiləri ilə uzun sürən görüşdən sonra cümə günü bu barədə açıqlama verib.

Qarətçilik barədə saxta ifadə verən digər üç amerikalı üzgüçü artıq vətənlərinə dönüb.

Braziliya polisi üzgüçülərə vandalizm və saxta ifadə vermək ittihamları irəli sürüb. Üzgüçülər silah gücünə qarət edildikləri barədə saxta məlumat verdiklərini etiraf ediblər.

Üzgüçülər Rayan Lokte, Cek Konqer, Qannar Bentz və Feyqen ilk ifadələrində polisə bazar günü səhər Rio De Janeyroda Olimpiyada şəhərciyindən kənərda klubdan qayıdarkən silahlı qarətə məruz qaldıqlarını deyib.

Lakin iki üzgüçü Konqer və Bentz bir qədər sonra ABŞ-a qayıtmaq üçün hava limanında saxlanıldıqdan sonra qarətin uydurma olduğunu etiraf edib.

Daha sonra onların hər ikisi sorğu-sual edildikdən sonra ABŞ-a geri dönmələrinə icazə verilib.

Lokte bazar ertəsi ABŞ-a geri qayıdıb.

ABŞ Olimpiyada Komitəsi saxta ifadə vermələrinə görə Braziliya rəsmilərindən üzr istəyib.

XS
SM
MD
LG