Accessibility links

ABŞ Çinin Cənubi Çin dənizində ərazi iddialarının sülh yolu ilə həllinə çağırıb


ABŞ-ın Şərqi Asiya üzrə diplomatları Çinin Cənubi Çin Dənizində ərazi iddialarının beynəlxalq hüquqa cavab vermədiyini və bunun aydınlaşdırılmasını tövsiyə edib.

Çin tarixi hüquqlara əsasən təxminən bütün ərazinin ona məxsus olduğunu iddia edir. Vyetnam, Flippin, Tayvan, Malaziya və Bruneyin də bu ərazidə torpaq iddiaları var.

Konqresdə an içmə vaxtı ABŞ-ın dövlət katibinin Şərqi Asiya və Sakin Okeanı əlaqələri üzrə yardımçısı Danni Russel bildirib ki, dəniz hüquqları iddiaları ölkənin sahil və adalar kimi torpaq qanunlarına uyğun olmalıdır.

Russel bildirib ki, Çinin qonşu dövlətlərinin etirazına baxmayaraq, bütün əraziyə hakim olma iddiası bölgədə narahatlığa səbəb olub. O, bir neçə hadisənin gərginliyin artmasına gətirib çıxartdığını vurğulayıb.

Russel Pekinin Yaponyanın ərazi iddia etdiyi Şərqi Çin Dənizində Hava Müdafiə Zonası yaradılması kimi fəaliyyətinin ABŞ-ı narahat etdiyini deyib.

ABŞ rəsmiləri bildirib ki, onlar heç kimin tərəfini tutmaq fikrində deyil, sadəcə bölgədə sülh yolu ilə həllin tapılmasında və azad ticarətin təmin olunmasında yardım göstərməyə çalışır.
XS
SM
MD
LG