Accessibility links

Tarix səhnə arxasında birinci xanımların böyük təsirlərinin ola bildiyini göstərir


Tarix səhnə arxasında birinci xanımların böyük təsirlərinin ola bildiyini göstərir
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Tarix səhnə arxasında birinci xanımların böyük təsirlərinin ola bildiyini göstərir

Bu, bizim seçdiyimiz və ödənişli bir iş deyil. Xüsusi bir iş tələbnolmasa da, amerikalılar birinci xanımlardan mülayim ana obrazları gözləyir. Lakin pərdə arxasında birinci xanımların əhəmiyyətli siyasi təsiri ola bilər.

Amerikanın hazırkı birinci xanımı Ağ Evdə prezidentin həyat yoldaşı kimi ənənəni pozaraq, işini davam etdirir. Təhsil üzrə doktorluq dərəcəsi alan Cil Bayden Vaşinqton yaxınlığında icma kollecində ingilis dili professorudur. Ohayo Universitetinin professoru Katerin Cellison: “Köməkçi bir peşə kimi qəbul edilən, ziddiyyətli bir peşə hesab edilməyən bir peşədə çalışması, onun professional həyata davam etməsi Amerika xalqı daha çox qəbul ediləcək. Bundan əlavə, o, ənənəvi olaraq qadın peşəsi sayılan müəllim kimi çalışır.”

Vətəndaş haqlarını müdafiə etməsi və sosial proqramların həyata keçirilməsində fəal iştirak etdiyinə görə bəziləri birinci xanım Eleanor Ruzvelti sevmirdi. Lakin o, gələcək birinci xanımlar üçün bir yol açdı.

Jaklin Kennedy 1960-cı illərdə tarixi irsin qoruması ilə məşğul olmağa başlayandan sonra hər birinci xanım ən azı bir ictimai layihə həyata keçirməyə başladı. Bunlara əsasən qadınlarla əlaqəli sahələr - səhiyyə, narkotik maddələrin qarşısının alınması və bağçılıq kimi sahələr daxildir.

Birinci xanımlar Amerikada çox zaman analıq simvolu kimi qəbul edilsələr də, tarix səhnə arxasında bu qadınların böyük təsirinin ola bildiyini göstərir. Prezident tarixçisi Keyt Andersen Brover: “Melania Tramp xaricə səfər zamanı işçilərə göstərdiyi münasibətdən narazı qaldığı üçün ərinin administrasiyasındakı milli təhlükəsizlik müşaviri vəzifəsindən çıxarılmışdı. Beləliklə onlar prezidentin ətrafında kimlərin olduğunu da müəyyən edə bilər. Nensi Reyqan həqiqətən ərinın kadrlar şöbəsi idi. Kimin içəridə, kimin xaricində qalacağına o qərar verirdi.”

“Hillari Klintona gəldikdə isə Rut Beyder Ginsburqun Ali Məhkəməyə gəlməsinin səbəblərindən biri də o idi. O, ərinə Ginsburqun Ali Məhkəmə üçün ədaləti bir hakim olacağını düşündüyünü demişdi” - deyə, Keyt Andersen Brover bildirir.

Ərlə arvad arasındakı özəl söhbətlər ölkəyə böyük təsir göstərə bilər. “Yəni bu qadınlar həqiqətən güclüdürlər. Fikrimcə, onlara lazımi dəyər verilmir. Buna səbəb də cəmiyyətimizdə qadınlara çox zaman kifayət qədər qiymət verilməməsidir. Cill Baydenin işlədiyini nəzər alaraq, doğru yolda olduğumuzu düşünürəm və onun hər iki işi yerinə yetirə biləcəyinə ümid edirəm. O, həyat yoldaşı, köməkçi, eyni zamanda güclü bir qadın ola bilər.”

Cil Bayden hazırda öz rolunu müəyyənləşdirir, lakin əslində ən böyük dəyişiklik qadının prezident seçildiyi və kişi həyat yoldaşının öz rolunu müəyyən edəcəyi zaman baş verəcək.

Şərhlərə bax

XS
SM
MD
LG