Accessibility links

Amerika Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Bakıya gəlib


Amerika Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Bakıya gəlib
Amerika Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Bakıya gəlib

Azərbaycan-ABŞ dialoqu beynəlxalq təhlükəsizlik məsələlərinə həsr ediləcək və dəniz təhlükəsizliyi, antiterrorizm, sərhəd təhlükəsizliyi və nüvə silahının yayılmaması məsələlərində ikitərəfli əməkdaşlığı əhatə edəcək.

ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endru Şapironun Azərbaycana səfəri başlayıb. Amerika Dövlət Departamentinin məlumatına görə, cənab Şapiro Azərbaycanın ali hərbi və siyasi rəhbərləri ilə görüşlər keçirəcək. İyunun 24-də Bakıda təhlükəsizlik məsələləri üzrə Azərbaycan-ABŞ dialoqunda Amerika nümayəndə heyətinə rəhbərlik edəcək. “Dialoq beynəlxalq təhlükəsizlik məsələlərinə həsr ediləcək və dəniz təhlükəsizliyi, antiterrorizm, sərhəd təhlükəsizliyi və nüvə silahının yayılmaması məsələlərində ikitərəfli əməkdaşlığa yönəldilib”, deyə Dövlət Departamentinin məlumatında bildirilir.

XS
SM
MD
LG