Accessibility links

Amerika dövlət katibinin müavini Azərbaycana gəlir


Amerika dövlət katibinin müavini Azərbaycana gəlir
Amerika dövlət katibinin müavini Azərbaycana gəlir

Görüşlərdə regiondakı vəziyyət, sülh və sabitliyin təmin edilməsi, iqtisadi inkişaf və demokratik islahatlar əsas müzakirə mövzusu olacaq.

ABŞ dövlət katibinin müavini Uilyam Börnsün (William J. Burns) oktyabrın 16-da Azərbaycana səfəri başlayacaq.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, dövlət katibinin müavini oktyabrın 16-dan 20-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. Səfər çərçivəsində onun rəsmi şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.
Görüşlərdə regiondakı vəziyyət, sülh və sabitliyin təmin edilməsi, iqtisadi inkişaf və demokratik islahatlar əsas müzakirə mövzusu olacaq.

XS
SM
MD
LG