Accessibility links

Amerikalı Rusiya həbsxanasında başına gələnlərdən danışır


Amerikalı Rusiya həbsxanasında başına gələnləri danışır
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Gelen Qrandstaff iki il həbsxanada olduqdan sonra Moskvadakı evinə qayıdıb. Ona verilən cəzanın səbəbi “Alibaba” şirkəti vasitəsilə Çinin təmizləyici həlledici maddə alması olub. Rusiyada istifadəsinə qadağa qoyulan bu maddədən narkotik maddə kimi də istifadə edilır.

Gelen Qrandstaff həyat yoldaşı Anna ilə Cənubi Karolinada tanış olub. Evləndikdən sonra onlar Rusiyaya köçüb və Moskvada yaşamağa başlayıblar. Gelen Moskvada ingilis dili dərsi deyib. Gelen "Krohn" xəstəliyindən əzab çəkdiyi üçün vaxtaşırı Çinin nəhəng elektron-ticarət saytı "Alibaba"dan dərman alırdı. “Bu sayt broker saytıdır və onlar hər şeyi satmağa çalışır. Mən əvvəllər heç vaxt belə bir şey etməmişdirm, lakin bu dəfə etdim.”

Altı həftə sonra, 2017-ci ilin iyul ayında bir bağlama qapıya Rusiyanın gömrük məmuru, polis işçisi və şahidlərlə birlikdə gəldi. Təmizləyicinin tərkibində Rusiyada narkotik sayılan bir kimyəvi maddənin olduğu bildirildi və Gelen Qrandstaff narkotik maddə qaçaqmalçılığında ittiham olunaraq, həbsxanaya aparıldı. “Biz söhbət etdik və səhər saat 4:30 olardı ki, onlar mənə onlarla getməli olduğumu dedi. Onlardan biri mənə "narahat olma, sən bizim axtardığımız adam deyilsən” dedi və iki günə evə qayıdacağımı bildirdi."

Lakin bu məhkəmə işi dalana dirəndiyi üçün Qrandstaffın iki günü iki ilə çevrildi.

Bu ittihama görə ona 20 il həbs cəzası verildi və həbsxanada olduğu müddətdə o, təcrid olundu və zorakılıqlara məruz qaldı. “Özümü qorumağa həmişə hazır idim. Lakin davalar heç vaxt təkbətək olmurdu, onlar çox zaman bir neçə nəfər olurdu.”

Təmizləyicidən narkotik maddə kimi istifadə etdiyi sübut olunmayanda, prokurorlar onun bu maddədən bədənindəki əzələləri möhkəmlətmək üçün istifadə etdiyi əsaslandırmağa çalışdılar. Qrandstaffın vəkili Anton Omelçenko: “Nə vaxtsa zədə aldığı üçün boynuna metal lövhə yerləşdirilməsinə baxmayaraq hüquq-mühafizə orqanlarının işçiləri bu 53 yaşlı kişinin əzələlərini möhkəmlətmək istədiyini sübut etməyə çalışırdı."

Gelen həbsxanada olduğu müddətdə rus dilini və rəsm çəkməyi öyrəndi. O, rəsmlərində özünü ayı kimi təsvir edir və həbsxanadakı həyatını sənədləşdirən rəsmləri həyat yoldaşına göndərirdi.

Qrandstaffın işi Amerikalı diplomatlar və jurnalistlər tərəfindən izlənirdi. ABC News-dan Patrik Revill: “Onlar məhkəməyə gəldilər. Məhkıəmənin gedişini izləmək üçün konsulluq şöbəsindən adam göndərdilər. Onlar məhkəmə işini nəzarətdə saxladı və bir neçə dəfə məhkəmədə iştirak etdilər. Onların işi əsasən müşahidə etmək olsa da, bir dəfə onlar müdaxilə etdilər.”

Və bu ilin mart ayında məhkəmə gözlənilmədən Gelen Qrandstaffı azad etdi və işinə yenidən baxılmasına qərar verdi. “Yəqin ki, ədliyyə sistemi sizin mediadakı yoldaşlarınızın işıqlandırması sayəsində məsələyə yenidən baxmağa qərar verdi" - deyə, vəkil Anton Omelçenko bildirir.

Gelenin işinə baxıldığı üçün o, Rusiyanı tərk edə bilməz. Hazırda o, Moskvadakı evinə qayıdaraq həbsxanada aldığı xəsarətlərin müalicəsinə çalışır. Gelenin həyat yoldaşı Anna: “Mən onların bizi rahat buraxmalarını və onu bir də məndən almamalarını istəyirəm.”

Gelenin dediyinə görə, bəzi müstəntiqlər ona ölkəni tərk etməyi məsləhət görüb. Lakin o deyir ki, belə bir addım onun günahkar olduğu demək olar.

XS
SM
MD
LG