Accessibility links

Amerika generalı Əfqanıstanda hücum zamanı yaralanıb

ABŞ ordusunun briqada generalı Cefri Smayli
ABŞ ordusunun briqada generalı Cefri Smayli

ABŞ ordusu keçən həftə Əfqanıstanda törədilmiş hücum nəticəsində yaralanan iki amerikalıdan birinin briqada generalı olduğunu təsdiq edib. Hücum zamanı Əfqanıstanın polis rəisi ölümcül yaralanıb.

ABŞ ordusunun briqada generalı Cefri Smayli NATO qüvvələrinin Əfqanıstanda hərbi məsləhət missiyasına rəhbərlik edir. O, NATO-nun Əfqanıstanda yüksək rütbəli komandirlərindən biri, general Skott Millerlə görüşdən çıxan zaman Əfqanıstan hərbi qüvvələrinin formasını geymiş silahlı şəxslər tərəfindən güllə ilə vurulub.

Qəndəhar polisinin rəisi general Əbdül Raziq, Qəndəhar valisi Zalmaya Vesa və Əfqanıstanda NATO qüvvələrinin komandanı, ABŞ generalı Skott Miller Qəndəhar valisinin iqamətgahında keçirilən görüş zamanı, 18 oktyabr, 2018.

ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı komandanı Skott Miller hücum zamanı xəsarət almayıb.

Hücum nəticəsində Talibana qarşı mübarizəyə rəhbərlik edən əfqan general Əbdüləziz Raziq və yerli kəşfiyyat idarəsinin rəhbəri general Əbdül Mömim ölümcül yaralanıblar.

Qəndəhar valisinin güclü mühafizə olunan iqamətgahında keçirilən görüş zamanı törədilmiş hücuma görə məsuliyyəti Taliban qüvvələri öz üzərinə götürüb.

XS
SM
MD
LG