Accessibility links

Amerikada gənclər arasında dinə maraq azalır (audio)


Ümumi sorğu Birləşmiş Ştatlarda dinə inanmayan gənclərin sayının artmaqda davam etdiyini göstərir. 18-24 yaş arası amerikalı gəncləri öyrənən yeni araşdırmalar göstərir ki, pravoslavlar mənsub olduqları dinlərindən imtina edib. Minilin nəsili adlandırılan bu gənc amerikalıların dini baxışları və vərdişlərinin dəyişdiyi müşahidə olunur.

Bu “Minilliyi Qiymətləndirmə Təqaüdçüləri” etiqad və yeni nəslin üzləşdiyi başqa məsələlərl barədə daışmaq üçün Corctaun universitetinə gəliblər.

Abiqayl Klaus: “Salam mənim adım Abiqayl Klausdu, mən həm də təqaqdçülərdən biriyəm.”

Abiqayl Klaus Boston Universitetindən din üzrə təhsil alır.

Abiqayl Klaus: “Minillik nəslinin elə bil dinlə münasibətləri mürəkkəbləşib. Bu şəxsən mənim həyatımda həqiqətəndə baş verib.”

Klaus Cənubi Korolinada dini ailədə böyüyüb. Onun atası Baptist anası isə Katolikdir.

Abiqayl Klaus: “və indi mən həqiqət uğrunda azad axtarışlar aparıram.”

Corctan universitetində Din, Sülh və Dünya məsələləri üzrə Berkley mərkəzi tərəfindən keçirilən sorğu bir çox dindar ailədə böyüyən minillik nəslin nümayəndələrinin bir çoxu dindən uzaqlaşır və nəticədə dinsizləşirlər. Bu cür ailələrdə böyümüş gəncələrin dörtdə bir hissəsi heç bir dinə qulluq etmir. Klaus bunları təhsil aldığı universitetdə müşahidə etdiyini deyir.

Abiqayl Klaus: “Böyük dəyişikliklər baş verməkdədir və insanlar artıq konkret bir növ doktrinalara və ya ehkamlara özlərini həsr etməyə meylli göstərmirlər. Baxmayaraq ki, onlar Allaha inanmaqda davam edirlər.”

Respondentlərin yalnız 23 faizi İncil kitabında həqiqətən də Allahın dediklərinin yazıldığı fikrinə inandıqlarını deyib və bu kitabın ədəbiyyat kimi qəbul olunmasının vacibliyini vurğulayıb.

Cerom Sokolovski: “Kollec şəhərcikləri Amerikada dinin ən az təcrübə edildiyi yerdi. Ona görə ki, bir çox insan gənc yaşlarında dindən uzaqlaşır. Lakin minillik nəslindən olan nümayəndələr əvvəlki nəsildən fərqli şəkildə dindən uzaqlaşırlar.”

Robert Cons: “Amma gördüyünüz kimi Xristiyan dininin hər bir qolunda mənfi dəyişiklik baş verir.”

Robert Cons sorğuda iştirak edən İctimai Dini Təhqiqatlar institutunun direktorudur.

Robert Cons: “Sorğunun nəticələrində aşkar etdiyimiz anlardan biri 18-24 yaşlı minillik nəslinin nümayəndələrinin həqiqətən də ölkədə dinin formasını dəyişməyə meylli olmalarıdır.”

O deyir ki, Amerikada din uzun zaman bir formada olub. Lakin Corctaun araşdırmalarının nəticəsi göstərir ki, minillik nəslinin nümayəndələri kilsədə keçirilən dini mərasimlərdə iştirak etməkdən imtina edərək Allaha inamı daha az öhtəliklə yerinə yetirməklə davam etməyin tərfdarıdırlar. Robert Cons deyir ki, bu gənclər ən-ənəvi kilsə təcrübəsinə daha az maraq göstərirlər və onların bir çoxu internetdə də dinə o qədər də maraq göstərmirlər. Araşdırmaların nəticələri göstərir ki, Facebook hesabı olan minillik nəslinin yarıdan az hissəsi özlərinin Facebook səhifələrində dinlə bağlı materiallar bölüşmürlər.

XS
SM
MD
LG