Accessibility links

Amerika iş yerlərində robotların sayı rekord səviyyədədir


Amerika iş yerlərində robotların sayı rekord səviyyədədir
please wait

No media source currently available

0:00 0:01:13 0:00

ABŞ şirkətləri keçən il əvvəlki illərlə müqayisədə iş yerlərində daha çox robot quraşdırıb. Bu daha ucuz və çevik cihazlar artıq təkcə maşınqayırma zavodlarında deyil, iqtisadiyyatın bir çox sektorunda və bir çox biznes növündə istifadə oluna bilir.

Robot tibb bacısı
Robot tibb bacısı

ABŞ-da məşğuliyyət səviyyəsi artır, özü də təkcə insanlar arasında deyil. Ötən cümə axşamı çıxan hesabata əsasən, Amerika şirkətləri ötən il rekord səviyyədə robot işə götürüb.

Bu isə o deməkdir ki, əgər robotların sizin işinizi əlinizdən ala biləcəyini düşünürsünüzsə, düz edirsiniz.

Şirkətlər 2018-ci ildə təxminən 30 min robot işə alıb. Bu isə 2017-ci illə müqayisədə 16 faizlik artım deməkdir.

Bunu Avtomatlaşdırmanın İnkişafı Assosiasiyası bildirir.

Robot işçilərin artması ilə ötən həftə böyük irəliləyiş əldə olunub. Belə ki, FedEx “SameDay Bot” adlı cihazını açıqlayıb.

Təkərlər üzərində hərəkət edən bu mini dondurucu çox yaxında insanların qapılarına alış-veriş və pizza çatdıra bilər.

Robot ofisiant
Robot ofisiant

Yeni hesabatda deyilir ki, ərzaq və istehlakçı məhsulları şirkətləri 2018-ci ildə bir il öncə ilə müqayisədə 60 faiz daha çox robot işə alıb.

Fransada bu robotu ixtira edənlər deyir ki, o, saatda 120 pizza hazırlaya bilir.

Adi bir insan isə ən çox 40 ədəd hazırlaya bilər.

İş yerlərində robotların artması şirkətlər əmək xərclərini azaltmağa çalışdığı vaxta təsadüf edir.

XS
SM
MD
LG