Accessibility links

"Amerika İnqilab Qvardiyasını terrorçular sıyahısına salsa, qarşılıqlı cavabla üzləşəcək"


İranın dövlət İRNA agentliyinin bildirdiyinə görə, Amerika İnqilab Qvardiyasını terrorçular sıyahısına salsa, Vaşinqton qarşılıqlı cavabla üzləşəcək. Bunu İran parlamentinin əksəriyyəti bildirib.

ABŞ İnqilab Qvardiyasını xarici terror təşkilatı adlandırmalıdır. Bunu Reuters-ə 3 Amerika rəsmisi bildirib. Beləliklə ABŞ ilk dəfə digər bir ölkənin ordusunu terrorist qrupu adlandırmış olacaq.

"Məcbur edilən hər bir qarşılıqlı ölçüyə əl atılacaq. Terroru təsis edən və dəstəkləyən Amerika liderləri lazımsız və ağılsız əməlinə görə təəssüf edəcək" - deyə, 290 İran qanunvericilərindən 225-i bildirib.

İranın Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, Amerikanın İnqilab Qvardiyasını terrorçu adlandırması İsrailin baş naziri Benyamin Netanyahu adından Vaşinqtonu bataqlığa sürükləməsi demək olacaq.

ABŞ-ın tənqidçiləri isə xəbərdarlıq edir ki, bu, Birləşmiş Ştatlarla dost olmayan ölkələri də belə bir addım atmağa həvəsləndirə bilər.

İran İslam İnqilabı Qvardiyası 1979-cu il inqilabından sonra yaradılıb və ölkənin təhlükəsizliyinə görə cavabdehdir.

Hesablamalara görə, bu korpusun 125 min üzvü var.

Hərbi-hava və hərbi-dəniz qüvvələri də bu korpusa daxildir.

Bu korpusun döyüşçüləri Suriyadakı xüsusi əməliyyatlarda da iştirak edir.

XS
SM
MD
LG