Accessibility links

Amerika ilə Çin yenidən ticarət danışıqları aparır


Amerika ilə Çin yenidən ticarət danışıqları aparır
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Amerikalı vasitəçilər martın 28-də başlayacağı planlaşdırılan yüksək səviyyəli danışıqların növbəti mərhələsi üçün Pekinə səfər edəcək. Bəzi maneələrin qalmasına baxmayaraq, həm ABŞ həm Çin ehtiyatlı nikbinlik sərgiləyir.

ABŞ və Çin son illər ərzində bazarlar, bizneslər və istehlakçılara təsir göstərəcək milyardlarla dollar dəyərində mallara tariflər tətbiq edib. Belə görünür ABŞ prezidenti Donald Tramp tarifləri ləğv etmək niyyətində deyil.

Biz onları bir müddət davam etdirməyi düşünürük, çünki əgər Çinlə razılıq əldə edəcəksək, Çinin razılığa əməl etdiyindən əmin olmalıyıq.
Donald Tramp

“Biz onları bir müddət davam etdirməyi düşünürük, çünki əgər Çinlə razılıq əldə edəcəksək, Çinin razılığa əməl etdiyindən əmin olmalıyıq”, prezident Donald Tramp söyləyib.

Bu arada Pekin cümə axşamı ticarət danışıqlarının səkkizinci raundu üçün amerikalı vasitəçilərin gəlişinə hazırlaşır.

“Hər iki tərəf ciddi irəliləyiş əldə edib”, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq deyib.

Təhlilçilər ehtiyatlı nikbinlik sərgiləyir.

“Mən düşünürəm ki, son danışıqlar onların hansı bazarları açmaq istədikləri, eləcə də Çin razılığa əməl etmədiyi təqdirdə ABŞ-ın cavab tədbirləri ilə bağlı olacaq”, Brukinqs İnstitutundan Deyvid Dollar bildirib.

ABŞ Pekini bazarı təhrif edən ticarət və subsidiya əməllərini dəyişməyə vadar etməyə çalışır.

“Çinlilər bağlı, merkantilist iqtisadiyyatları ilə bağlı nə isə etməlidirlər. Onlar məcburi texnologiya transferi, əqli mülkiyyətin oğurlanması, təkcə Amerika deyil, digər xarici şirkətləri təcrid edən qaydalarını dəyişməlidir” – deyə, Amerika Sahibkarlıq İnstitutundan Klod Barfild bildirib.

Çinin vitse-baş naziri Liu He və ABŞ prezidenti Donald Tramp
Çinin vitse-baş naziri Liu He və ABŞ prezidenti Donald Tramp

Bu strategiyanın qarışıq nəticələri olub. Çin bazarının daha böyük hissəsini açmağa razılaşıb, amma Huawei məsələsi kimi sənaye casusluğu iddialarına qarşı çıxır. ABŞ avropalı müttəfiqlərini Çinin telekommunikasiya şirkətinin 5G şəbəkələrini təchiz etməsini qadağan etməyə inandırmağa çalışıb. Lakin Avropa İttifaqı çərşənbə axşamı mobil rabitə operatorlarına Huawei-in avadanlıqlarını quraşdırmağa icazə verəcəyini elan edib.

“Bu proses risklər və zəifliklərin hərtərəfli təhlilinə əsaslanacaq” - deyə, Avropa İttifaqının təhlükəsizlik üzrə komissarı Culian Kinq bildirib.

Bu həftə Pekində keçiriləcək danışıqlarından sonra Çinin vitse-baş naziri Liu He aprelin əvvəlində danışıqların doqquzuncu raundu üçün Vaşinqtona gələcək.

XS
SM
MD
LG