Accessibility links

ABŞ İranın hədələrinə mane olunmasında müttəfiqlərindən öhdəlik əldə edə bilməyib


ABŞ-ın müvəqqəti müdafiə naziri Mark Esper beynəlxalq suların Orandan müdafiəsinə dair NATO müttəfiqlərindən mütləq öhdəliklər barədə vədlər almadığını bildirib.

O deyib ki, ABŞ müttəfiqlərinə gələn ay daha dəqiq məlumat təqdim edərək gələcəkdə aqressiyaların qarşısının alınması üçün birgə çalışmaq məsələsini müzakirə edəcək.

ABŞ Fars körfəzində iki tankerinin vurulmasına görə İranı ittiham edir.

ABŞ Müdafiə Nazirliyi İranın Oman körfəzində xarici neft tankerlərinə hücum etdiyini sübut etmək üçün yeni şəkillər yayıb.

Birləşmiş Ştatlar müdafiə məqsədi ilə Yaxın Şərq regionuna əlavə 1000 nəfərdən ibarət əsgəri qüvvənin səfərbər edildiyini bəyan edib.

ABŞ-ın yüksək səlahiyyətli rəsmisi bildirib ki, müttəqi ölkələr Espersin tələbinə maraq göstərib. Adının açıqlanmasını istəməyən rəsmi müzakirələrin bağlı qapılar arxasında keçirildiyini deyib.

NATO ölkələri regionun təhlükəsizliyi üçün heç bir hərbi səyə qoşulmayacaqlarını bildirib. Avropa müharibə şanslarının minimunda saxlanmasını istəyir.

ABŞ prezidenti Donald Tramp Mark Esperi müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Bu barədə Ağ Evin bəyanatında deyilir.

Esper bazar ertəsindən etibarən istefaya gedən Patrik Şanahanın yerinə keçərək, müdafiə naziri əvəzi olub. Şanahan istefa qərarını mətbuatda onun barəsində məişət zorakılığı xəbərlərinin yayılmasında sonra verib.

XS
SM
MD
LG