Accessibility links

“Süleymani mənim oğlumun ölümünə görə birbaşa cavabdehdir”


“Süleymani mənim oğlumun ölümünə görə birbaşa cavabdehdir”
please wait

No media source currently available

0:00 0:03:24 0:00

“Süleymani mənim oğlumun ölümünə görə birbaşa cavabdehdir”

Birləşmiş Ştatlarla İran arasındakı münaqişədəki ən son hadisə iranlı millət vəkilinin ABŞ prezidenti Donald Trampı öldürəcək şəxsə 3 milyon dollar mükafat təklif etməsi olub. ABŞ prezidenti bu ayın əvvəlində İranın elitar Qüds Qüvvələrinin komandanı Qasım Süleymanini öldürmək üçün hava hücumuna göstəriş vermişdi. Tramp Süleymaninin "Amerika diplomatlarına və hərbi qüvvələrinə qarşı qaçılmaz və dəhşətli hücumlar hazırladığını demişdi. Qanunvericilər bu addımın ABŞ-ı müharibənin astanasına qoyduğunu söyləyərək, Trampı tənqid etmişdilər. Lakin ABŞ-ın İraq müharibəsi veteranları və onların ailələri bu məsələ ilə bağlı fərqli fikirdədir.

David Heynes gəzinti cığırları salmağı sevir. Bu, yalnız icmasına xeyir vermək deyil, müalicə kimi də ona yaxşı təsir edir. “Qulluq etmək və hədəfin olmaq hərbi qulluğun bir hissəsi idi və mən bunu geri qaytarmağa çalışıram” deyə, David Heynes bildirir.

Heynes İraq müharibəsi veteranıdır və həmin müharibə onu başqa bir insana çevirib. “Mən sadəcə yaralandığıma görə bir ayağımın digərindən bir az qısa, əllərimin isə bir o qədər işlək və güclü olmadığını bilərək yaşayırdım."

Heynes deyir ki, o, kəşfiyyata gedərkən maşınının yol kənarına yerləşdirilmiş EFP adlanan bombanın partlaması nəticəsində yaralanıb. “Əllərimin yandığını hiss etdim. Lakin yalnız maşındakı əsgərlər qışqırmağa başlayanda nə baş verdiyini anladım, və sağ əlimin barmaqlarının sallandığını gördüm, sol əlim isə arxaya doğru qatlanmışdı və mən onu tərpədə bildirdim.”

Heynes bəxti gətirənlərdən biri idi. Müdafiə Nazirliyinin məlumatına görə, 2005-2011-ci illər arasında yol kənarına yerləşdirilmiş bombaların partlaması səbəbindən Amerikanın 861 hərbçisi yaralanıb və 196-sı ölüb. Patrik Ferrin oğlu Kley onlardan biri idi. İraqda hərbi qulluqda olan Kleyin maşını partlayanda cəmi 21 yaşı var idi. “Dostum mənə qəribə sual verdi, məndən oğlumun cəsədinin yandırılması barədə nə düşündüyümü soruşdu. Mən Kleylə bu barədə heç vaxt danışmadığımı dedim. Mən ona “oğlum tanınmaz haldadırmı” - deyə soruşdum, o da “çox” dedi. Mən səhər duranda da, axşam yatanda da onu düşünürəm. Mən Süleymaninin öldürülməsi xəbərini eşidəndə, ədalətin yerini aldığını düşündüm” deyə, Patrik Ferr bildirir.

“Süleymani mənim oğlumun ölümünə görə birbaşa cavabdehdir” deyə, o, əlavə edir.

ABŞ rəsmiləri Süleymaninin İraqın işğalından sonra İraq militantlarına ABŞ ordusuna qarşı istifadə ediləcək yolkənarı bombaları hazırlamağı və istifadə etməyi öyrədən İran Quds Qüvvələrinin rəhbəri olduğunu deyir. İran isə bunu təkzib edib. "Düşünürəm ki, Süleymanini öldürmək qərarı düzgün qərar idi" deyə, David bildirir.

Lakin hər amerikalı bu fikri bölüşmür. Trampın bu hərəkətinə qarşı çıxanlar yürüşlər keçirərək, bunun ABŞ-ı müharibə riski altına qoyduğunu deyir. Bir çox Demokrat Süleymaninin aradan qaldırılmasından məmnun olduqlarını desələr də, prezidentin Konqreslə məsləhətləşmədən İrana qarşı hərəkətə keçərək, ehtiyatsız hərəkət etdiyini bildirir.

Siyasi fırtınanın davam etdiyi bir vaxt, Heynes belə bir xəbərdarlıq edir: “Fikrimcə amerikalılar biri-birinə xaricdəki bəzi insanlardan daha çox düşmən kimi baxır. Lakin amerikalılar başa düşməlidirlər ki, orada bizə öz amerikalılarımızdan çox nifrət edənlər var və Süleymani də onlardan biri idi.”

Heynes və Farr Süleymaninin ölümünün dünyanı daha təhlükəsiz bir yerə çevirəcəyinə inandıqlarını deyirlər.

XS
SM
MD
LG