Accessibility links

ABŞ Talibanın Əfqanıstanı ələ keçirməsini "ürəkağrıdan hal" adlandırıb


Birləşmiş Ştatların baş diplomatı Talibanın Əfqanıstanı ələ keçirməsini və Kabilin yaxın zamanda süqutunu "ürəkağrıdan hal" adlandırıb və ABŞ qüvvələrinin bütün amerikalıları və ABŞ-la işləyən əfqanları ölkədən çıxarmağa çalışdıqlarını deyib.

Dövlət katibi Antoni Blinken bəzilərinin hələ də səfirlikdə olan ABŞ personalının və əfqan köməkçilərinin təhlükəsizliyinin "birnömrəli iş" olduğunu qeyd edərək, Vaşinqtonun Əfqanıstan qüvvələrinin sürətli çöküşünə hazır olmadığını deyib.

Antoni Blinken
Antoni Blinken

Blinken CNN -in "State of the Union"na verdiyi açıqlamada "istədikləri zaman onları çıxarmaq üçün əlimizdən gələni edəcəyik" deyib.

"Biz Talibandan heç nə istəməmişik. Biz Talibana dedik ki, işçilərimizə, əməliyyatlarımıza müdaxilə etsələr, qüvvələrin çıxarılmasına baxmayaraq, sürətli və qəti bir cavab veriləcək" - Blinken əlavə edib.

Vəziyyətin həssas olması səbəbi ilə adının açıqlanmaması şərtilə danışan ABŞ rəsmisi Amerikanın Səsinə ABŞ -ın Kabildəki səfirliyinin təxliyəsinin "yaxşı bir şəkildə davam etdiyini" bildirib.

O, Əfqanıstana gələn minlərlə ABŞ əsgərinin həm səfirliyin ətrafını, həm də Kabil yaxınlığındakı Həmid Kərzay Beynəlxalq Hava Limanını "möhkəm nəzarətdə saxladığını" deyib.

ABŞ-ın Kabildəki səfirliyi
ABŞ-ın Kabildəki səfirliyi

Prezident Bayden avqustun 14-də ABŞ aktivlərinin təhlükəsizliyinə kömək etmək, ABŞ personalını və ABŞ üçün çalışan əfqanların təhlükəsizliyini təmin etmək üçün 1000 əsgərin Əfqanıstana göndərilməsinə sərəncam verib.

Qarşıdan gələn günlərdə təxminən 4000 ABŞ əsgərinin Kabilə gedəcəyi gözlənilir.


XS
SM
MD
LG