Accessibility links

Amerikalılar Online alış-verişinə bir gündə 1.5 milyard dollar sərf edib


Amerikada istehlakçı xərcləri artmaqdadır. Bu il bayram mövsümündə alıcılar 1.5 milyard dollarlıq sifarişlər edib. Bu isə ötən ilin eyni günü ilə müqayisədə 17 faiz artım deməkdir.

Şükran bayramının ilk bazar ertəsi günü Amerikada “kibernetika bazar ertəsi” adlandırılır. Online alış-verişinin artmasına smartfonlar kimi mobil cihazlar yardım edir. Online bazarlıqları ümumi bayram gəlirlərinin onda bir hissəsini təşkil edir.

ABŞ-da bizneslər noyabr və dekabr aylarının gəlirləri üzərində hesab edir. Belə ki, bu aylar Milad bayramı hədiyyələrinin alındığı vaxtdır.

İstehlakçı xərclərinin artması ilə yanaşı ev satışlarında eniş müşahidə edilir. ABŞ hökumətinin hesabatında ev satışlarının oktyabr ayında 0.3 faiz azaldığı qeyd edilir.
XS
SM
MD
LG