Accessibility links

ABŞ son 20 ildə Şimali Koreyadan 100 mindən artıq insanı viza ilə təmin edib


ABŞ son 20 ildə Şimali Koreyadan 100 mindən artıq insanı viza ilə təmin edib.

Təhliçilərin fikrincə, bu, Amerikanı necə deyərlər yataq agentləri baxımından təhlükəyə sala bilər. Belə hal keçmiş Sovet İttifaqından gələnlərlə də baş vermişdi.

Rəsmi diplomatik müdafiə olmadığına görə özlərini qeyri-qanuni adlandıran agentlər saxta kimliklərlə çox vaxt mülki vəzifələrə sahib olur. Onlar ABŞ hökuməti, biznesləri, elm kimi sahələrə yaxınlaşaraq, Rusiyanın kəşfiyyat orqanlarını iqtisadiyyatdan tutmuş müdafiəyə qədər müxtəlif məlumatlarla təmin edirdi.

Şimali Koreyalılar xaricə çıxdıqda çox hallarda kəşfiyyat məlumatları toplayır. Koreya institutunun siyasi elmlər və beynəlxalq əlaqələr üzrə professoru Kim Byunk-kinin dediyinə görə, Amerikaya səfər ictimaiyyəti dərk etmək üçün mühüm bir səbəbdir.

“Səfər onlara Amerikanın zövqü, siyasi və sosial baxışını öyrənmək üçün əhəmiyyətlidir. İnanıram ki, Sovet dövrü olduğu kimi kəşfiyyat məlumatlarının toplanması da bura daxildir” - deyə Kim bildirib.

1997-2001- ci illər ərzində Şimali Koreyadan hər il 1200 adam biznes və turist vizaları ilə Amerikaya gəlib. Onlardan bəziləri tələbə və diplomat statusları əldə edib. 9 nəfər isə iş icazəsi alıb.

XS
SM
MD
LG