Accessibility links

Amerika müsəlmanları Ramazan ayında yeni qaydalara uyğunlaşmağa çalışır


Amerika müsəlmanları Ramazan ayında yeni qaydalara uyğunlaşmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Amerika müsəlmanları Ramazan ayında yeni qaydalara uyğunlaşmağa çalışır

Covid-19 pandemiyası çoxlarını həyat tərzini dəyişməyə məcbur etdi. Müqəddəs Ramazan ayında oruc tutan ABŞ-ın müsəlman icmaları da bu yeni qaydalara uyğunlaşmağa çalışır.

Bura Ər-Rahma məscididir ...

"Hər axşam saat 7-dən 19:30-a qədər yemək paylayırıq. İnsanlar yeməyi götürməyə maşınlarında gəlir. Bağlamaları məscidin gəncləri paylayır. Buraya gələ bilməyən yaşlı insanlara isə yeməyi öz mikroavtobusumuzla evlərinə çatdıracağıq" deyə, omam Məhəmməd Coban bildirir.

Vaşinqtonun Redmond şəhərindəki Ər-Rəhma məscidinin indoneziyalı imamı Məhəmməd Coban bu müqəddəs Ramazan ayında insanlara 150 ərzaq paketi paylandığını deyir. "Bu gün insanlar hələ də gəlir.

Ölkə boyu namaz və ibadətlərə qapılarını bağlasalar da, maşınlarla götürmə kimi metodlardan istifadə edərək, məscidlər iftar yeməyi paylamaqda davam edir.

Məsələn, Virciniya ştatının Falls Çörç şəhərindəki Dar Əl-Hicra İslam Mərkəzini götürək. Məscid yardım etmək və dini vəzifələrini yerinə yetirmək istəyənlərə xidmət edir. Yığılan pullar əsasən onlayn vasitəsilə sifariş edilən yeməkləri almaq üçün istifadə olunur. İmam Nəim Baiq: "Ramazan saxavət göstərildiyi üçün mükafatlandırılmadan əlavə Məhəmməd Peyğəmbərin eyni işi gördüyü ilə bağlıdır."

Pandemiyadan əvvəl Dər Əl-Hicra məscidində Ramazan iftarları zamanı adi iş günlərində təxminən 800 nəfərə, həftə sonları isə 1500 nəfərə iftar yeməyi verilərdi.

Bu il məscid sosial uzaqlaşma qaydalarını tətbiq etməklə, sürücü proqramı ilə 300-dən 600 nəfərə qədər insana iftar yeməyi paylayır.

XS
SM
MD
LG